Sirac Piriyevin təqdimatında: Vergi Məcəlləsinin 67.17-ci maddəsinə təklif edilən dəyişiklikin təsirləri

Sirac Piriyevin təqdimatında: Vergi Məcəlləsinin 67.17-ci maddəsinə təklif edilən dəyişiklikin təsirləri

Tanınmış vəkil: "Belə məzmunda dəyişikliyin təklifi bu vaxta kimi eyni qaydada aparılmış hesablamaların da əsassız olduğu bir daha təsdiq etməklə yanaşı, faktiki rentabelliyi aşağı olan fəaliyyət növləri üzrə ədalətsiz vergi yükünün sahibkarların üzərində qalmasına səbəb ola bilər"

01.01.2021-ci il tarixdən Vergi Məcəlləsinə aşağıdakı məzmunda dəyişikliyin edilməsi nəzərdə tutulub:
“67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir.”;
Bu dəyişikliklə vergi orqanları formalaşmış məhkəmə təcrübəsinə zidd olaraq mənfəət vergisinə münasibətdə istifadə etdikləri asan rəsmiləşdirmə metodunu öz seçimlərindən asılı olaraq tətbiq etmək niyyətindədirlər. Belə ki, Məcəllənin 67-ci maddəsi ilə vergitutma obyektinin müəyyən olunması üçün 9 bənd əlaqəli məlumatlardan, eləcə də analoji vergi ödəyicisinin məlumatlarından istifadə olunması mexanizmi müəyyən olunmuşdur. Həmçinin, hüquqi aktların dövlət reyestrində qeydə alınmış "Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları"nın 26-cı və 27-ci bəndləri ilə müəyyən olunan gəlirə münasibətdə 28, xərcə münasibətdə 70 bənd üzrə araşdırılmalı hallar nəzərdə tutulduğu halda, təcrübədə qeyd olunanlara əsaslanaraq mənfəətin müəyyən olunmasına çox az hallarda rast gəlinir. Demək olar ki, əksər yoxlamalarda mənfəətin müəyyən olunması şərti rentabellik normasının tətbiq olunması yolu ilə həyata keçirilir. Formalaşmış məhkəmə təcrübəsi isə mənfəətin birbaşa şərti rentabellik norması əsasında hesablanmasını əks etdirən Vergi Məcəllənin 67.14 və 83.9-cu maddələrini yalnız yuxarıda sadalanan hallar araşdırıldıqdan sonra tətbiq edilməli olduğunu, real mənfəətin müəyyən olunması imkanları tükəndikdən sonra mənfəətin şərti olaraq 20 faiz rentabelliklə hesablanmasını son addım kimi nəzərdə tutur. Lakin göründüyü kimi, vergi orqanlarının təklif etdiyi dəyişiklik qüvvəyə minəcəyi halda təcrübədə sıx tətbiq olunan bu qaydada hesablamaya hüquqi əsas yaranacaq. Maraqlıdır ki, digər əsaslar Məcəllədə və Qaydalarda mövcud olaraq qalır, lakin bu dəyişikliklə vergi orqanları seçim hüququ qazanmaqla digər normaları (Məcəllənin 67.2-67.4-cü maddələri) ölü maddəyə çevirməklə (zatən təcrübədə çox az halda istifadə olunurdu) hesablamaları şərti rentabellik norması tətbiq etməklə aparmağı hədəfləyirlər. Belə məzmunda dəyişikliyin təklifi bu vaxta kimi eyni qaydada aparılmış hesablamaların da əsassız olduğu bir daha təsdiq etməklə yanaşı, faktiki rentabelliyi aşağı olan fəaliyyət növləri üzrə ədalətsiz vergi yükünün sahibkarların üzərində qalmasına səbəb ola bilər.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”


Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!

Tarix: 04 dekabr 2021-ci il, saat 15:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər