Çərşənbə axşamı, 26 Oktyabr 2021 08:21

Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsini istisna edən 3 halın izahı

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi qanunvericiliyinin pozulması zamanı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsini istisna edən hallar mövcuddur.

Vergi Məcəlləsinin 54.0-cı maddəsinə əsasən, şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz:

- vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması (Maddə 54.0.1.)

Vergi Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi orqanı qeyd edilən müddət bitməyənə qədər vergi ödəyicisinə hesabatın təqdim edilməməsinə görə maliyyə sanksiyası tətbiq edə, həmçinin vergi ödənilməməsinə görə faiz hesablaya bilməz.

- vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması (Maddə 54.0.2.)

Vergi orqanı vergi ödəyicisinə vergidən yayınmağa görə əlavə vergi hesablasa da, qarşı tərəf vergi buna etiraz edərək məhkəməyə müraciət edib. Məhkəmə orqanı vergi ödəyicisinin təqsirli olması haqqında qərar çıxaranadək vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz.

- vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması (Maddə 54.0.3.)

Mülki Məcəlləninin 28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmçinin, 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti var.

Vergi Məcəlləsinin 28.4-cü maddəsinə əsasən, on altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır (emansipasiya).

Maddədən göründüyü kimi, on altı yaşı tamam olmuş şəxsə valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə VÖEN açıla bilər.

Təcrübədə 16-18 yaşlarında peşəkar idmanla məşğul şəxslərə bəzi qurumlar tərəfindən xidmət haqqı ödənilməsi üçün VÖEN açılmasına rast gəlinir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın