Elektron qaimə-fakturanın gec göndərilməsi hansı problemlərə səbəb ola bilər?

Elektron qaimə-fakturanın gec göndərilməsi hansı problemlərə səbəb ola bilər?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

İndi isə elektron qaimə-fakturanın gec göndərilməsinin yaratdığı problemləri nəzərdən keçirək.

Mİsal. Vergi ödəyicisi 12 may 2020-ci ildə 5000 manatlıq malları ekspeditor vasitəsilə qarşı tərəfə - pərakəndə ticarət fəaliyyəti ilə məşğil olan  sahibkara təqdim edib. Mallar əvvəlcədən sifariş edilməyənlərə aid edildiyindən vergi ödəyicisi elektron qaimə-fakturanı 5 gün ərzində təqdim etməlidir.

İndi isə maliyyə sanksiyasının tətbiq edilməsi hallarına baxaq.

Birinci hal. 13 may 2020-ci il tarixdə vergi orqanının əməkdaşları sahibkarın obyektində operativ vergi nəzarəti həyata keçirir. Nəzarət tədbirləri zamanı məlum olur ki, əvvəlcədən sifariş edilmədən təqdim edilən malların alışını təsdiq edən “Malların təhvil-qəbul aktı” yoxdur.

Bu halda Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə uyğun olaraq - malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında MALİYYƏ SANKSİYASI TƏTBİQ EDİLİR.

İkinci hal. 14 may 2020-ci il tarixdə vergi orqanının əməkdaşları sahibkarın obyektində operativ vergi nəzarəti tədbirləri həyata keçirir. Sahibkar 12 may 2020-ci il tarixdə əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə “Malların təhvil-qəbul aktı”nı vergi orqanın əməkdaşına təqdim edir.

Bu halda vergi orqanı tərəfindən maliyyə sanksiyası TƏTBİQ EDİLMİR.

Üçüncü hal. Vergi orqanının nümayəndələri 20 may 2020-ci il tarixdə sahibkarın obyektində operativ vergi nəzarəti tədbirləri həyata keçirir. Yoxlama zamanı məlum olur ki, 12 may 2020-ci il tarixdə malların alışını təsdiq edən “Malların təhvil-qəbul aktı” olsa da, elektron qaimə-faktura təqdim edilməyib.

Vergi Məcəlləsinin tələblərinə əsasən, mallar əvvəlcədən sifariş edilmədikdə, malları təqdim edən  vergi ödəyici 5 gün müddətində elektron qaimə-faktura göndərməlidir.

Bu zaman Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, Məcəllənin tələblərinə uyğun olaraq - elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası TƏTBİQ EDİLİR.

Dördüncü hal. Vergi ödəyicisi 21 may 2020-ci il tarixdə mallar göndərilən (verilən) vaxt elektron qaimə-faktura təqdim etməyib. Operativ vergi nəzarəti zamanı məlum olur ki, vergi ödəyicisinin sahibliyində olan eyni şirkətin 5000 manatlıq məhsulunun elektron qaimə-fakturası yoxdur.

Bu zaman malların satışını həyata keçirən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinə uyğun olaraq,  malların alışını və ya mədaxilini təsdiq edən sənəd kimi vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura olmadığına görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası TƏTBİQ EDİLİR.

Həmçinin, malları təqdim edən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, Məcəllənin tələblərinə uyğun olaraq - elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası TƏTBİQ EDİLİR.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər