Radil Fətullayevin təqdimatında: ƏDV-nin mahiyyəti və hesablanması

Radil Fətullayevin təqdimatında: ƏDV-nin mahiyyəti və hesablanması

Əlavə dəyər vergisi (ƏDV) əlavə yaranan dəyərə görə hesablanan istehlak vergisi növüdür. Əlavə dəyər adətən ticarətdə malların alışı ilə satışı, istehsalatda malların maya dəyəri ilə satış dəyəri arasında yaranır. Lakin bu, ƏDV-nin yalnız qeyd olunan hallarda hesablanmasına dəlalət etmir.

ƏDV-nin mahiyyətini izah edən iqtisadçı ekspert Radil Fətullayev bildirib ki, Vergi Məcəlləsinə əsasən, əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

Vergi qanunvericiliyinə görə, satış zamanı ƏDV-ni ancaq ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi və ya fiziki şəxslər ödəyirlər. Qeydiyyatdan keçməyən ödəyicilər isə alış zamanı ƏDV ödəsələr də, satış zamanı ƏDV ödəmirlər. Bu cür ödəyicilər alış zamanı ödədikləri ƏDV məbləğini əvəzləşdirmə hüququna malik olmasalar da, həmin məbləği mal və xidmətin dəyərinə əlavə edirlər. Buna misal olaraq Azərbaycandakı sadələşdirilmiş vergi və mənfəət (gəlir) vergisi ödəyicilərinin ödədikləri ƏDV-ni göstərmək olar.

İlk baxışdan ƏDV-ni ödəyən şəxsin satıcı olması görünsə də əməliyyat zamanı məlum olur ki, satıcı alıcı (istehlakçı) ilə dövlət arasında bir vasitəçi və ya ötürücü kimi çıxış edir. Əslində isə ƏDV-ni dövlət məhz istehlakçıdan, yəni son alıcıdan tutur.

Misal: “ABC” müəssisəsi satmaq üçün topdansatış məntəqəsindən 50 manat mal alaraq, həmin malı istehlakçıya 90 manata satır. ƏDV dərəcəsi 18 faiz olub. Burada dövlətə ödənilməli ƏDV məbləği belə hesablanır:

90-50=40 manat
40 x 18% = 7,20 manat.

Əlavə yaranan dəyər 40 manat olduğundan, vergi məbləği 7,20 manatdır.

Əslində isə satıcı alış zamanı 9,0 (50*18%) manat ƏDV ödəyib:

50 x 18% = 9 manat.

Eyni malı istehlakçıya satarkən 16,20 manat alıb:

90 x 18% = 16,20 manat.

Nəticədə, dövlətə ödənilməli ƏDV məbləği yenə də 7,20 manat təşkil edir:

16,2-9 = 7,20 manat.

Nümunədən də bir daha görmək olur ki, burada ƏDV satış və alış zamanı arada yaranan əlavə dəyərə (ticarət əlavəsinə) görə dövlətə ödənilməli olan vergi borcudur. Onu da qeyd edək ki, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

Mənbə: Vergiler.az

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər