Cümə, 08 Oktyabr 2021 08:16

Müddət axımının müəyyən olunmasında “həftə”, “ay”, “rüb və “il” ifadələri

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Məcəllədə müddət axımının müəyyən olunmasında “gün” məfhumu ilə yanaşı “həftə”, “ay”, “rüb və “il” ifadələrindən də istifadə edilir.

Mİsal 1.  Vergi Məcəlləsinin 211.1.1.2-ci maddəsinə əsasən, avtobuslar üçün yol vergisi oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq müəyyən edilir. Oturacaq yerlərinin sayı 12-dək olan və bir həftəyədək ölkədə qalan avtobuslar üçün yol vergisi 30 ABŞ dolları müəyən edilib. Mülki Məcəllənin 369.5-ci maddəsinə əsasən, həftə ilə hesablanan müddət yeddi günə bərabərdir və müddətin sonuncu həftəsinin müvafiq günündə qurtarır. Avtobus 7 dekabr 2020-ci ildə, gömrükdən ölkəyə daxil olubsa, “bir həftəyədək” müddət 14 dekabr 2020-ci il tarixdə başa çatır. Əgər maşın 15 dekabr 2010-ci ildən ölkədən çıxarsa, o halda artıq Vergi Məcəlləsinin 211.1.1.2-ci maddəsinin növbəti sətri üzrə vergi hesablanması üçün həmin tarix əsas götürüləcək.

Mİsal 2.  Vergi Məcəlləsinin 203.2-ci maddəsinə əsasən, hüququ şəxs torpaq sahələri barədə mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra vergi orqanında 1 ay ərzində uçota durmalıdır. Mülki Məcəllənin 369.3-cü maddəsinə əsasən, aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə qurtarır. Vergi ödəyicisi sənədləri 10 noyabr 2020-ci il tarixdə alıbsa, o halda 10 dekabr 2020-ci il tarixdən gec olmayaraq, yəni 1 ay ərzində uçota durmalıdır. Göründüyü kimi, hadisənin baş vermə tarixi hansı ayın hansı günündə başlayırsa, növbəti ayın həmin günündə də bitməlidir.

Mİsal 3.  Vergi Məcəlləsinin 218.16-cı maddəsinə əsasən, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Mülki Məcəllənin 369.2-ci maddəsinə əsasən, rüblərlə hesablanan müddətə aylarla hesablanan müddətlər üçün istifadə olunan qaydalar tətbiq edilir. Rüb üç aya bərabər sayılır və ilin əvvəlindən hesablanmağa başlanır. Vergi ödəyicisi üçün ildə 4 rüb mövcuddur, hər rüb 3 ay olaraq nəzərə alınır.

Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin 2020-ci ilin 3 rübü üzrə  təqdim etdiyi mallar üzrə dövriyyəsi 30 faizdən çox olarsa, bu halda üçüncü rübə təsadüf edən iyul, avqust və sentyabr aylarınn dövriyyəsi əsas götürülür.

Mİsal 4.   Vergi Məcəlləsinin 59.2-cü maddəsin əsasən, bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Mülki Məcəllənin 369.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Vergi ödəyicisinin təqdim etdiyi bəyannaməyə əsasən, yaranmış borca görə 21 oktyabr 2020-ci il tarixdən faiz hesablanmağa başlayırsa, o halda  bitmə müddəti 21 oktyabr 2021-ci il tarixi hesab ediləcək.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın