Vergi orqanı hansı hallarda dondurulma yox alınmalı sərəncam göndərir (3 HAL ÜZRƏ İZAH)

Vergi orqanı hansı hallarda dondurulma yox alınmalı sərəncam göndərir (3 HAL ÜZRƏ İZAH)

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

- vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə (Maddə 65.2.1.2.)

Maddədən göründüyü kimi, vergilərin hesablanması vergi orqanı tərəfindən həyata keçirilir. Bu halda artıq vergi orqanı vergi ödəyicisinin bank hesabı olduğu kredit təşkilatına dondurulma sərəncamı göndərir.

Mİsal.  Vergi orqanı vergi ödəyicisinə 3200 manatlıq əlavə vergi hesabladıqdan sonra, ona 5 gün ərzində borcun ödənilməsi haqqında bildiriş göndərir. Vergi ödəyicisi həmin ödənişi həyata keçirmədikdə, vergi ödəyicisinin bank hesabında olan vəsait üzrə 3360 manat (3200 manat x 105%) 30 təqvim günü müddətində dondurulur. Vergi ödəyicisinin hesabında 3360 manatdan az vəsait olduqda da həmin məbləğ tam olaraq 30 təqvim günündə dondurularaq saxlanılır.

- məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq (Maddə 65.2.1.3.)

Mümkündür ki, vergi ödəyicisinin borcunun alınmasına məhkəmə qərar versin. Bu halda vergi orqanı tərəfindən vergi ödəyicinə vergi borcunun dövlət qurumuna ödənilməsi üçün alınma sərəncamı göndəriləcək..

Mİsal 1.  Məhkəmənin qərarı ilə vergi ödəyicisinə 30 000 manat vergi borcu hesablanıb. Bu zaman vergi orqanı vergi ödəyicisinin hesabına xidmət edən kredit təşkilatına alınma sərəncamı verəcək.

Mİsal 2.  Vergi orqanı tərəfindən keçirilən səyyar və ya operativ vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisinin vergi qanunvericiliyini pozması ilə bağlı qərar verilib. Bu halda vergi orqanının hesabladığı vergi, faiz və (və ya) maliyyə sanksiyası üçün göndərilən icra sənədi dondurulma yox, büdcəyə alınmadır.

- vergi ödəyicisinin yazılı razılığı olduqda (Maddə 65.2.1.4)

Vergi ödəyicisinin özünün yazılı razılığı olduğu halda, sərəncamın növünü dəyişmək mümkündür.

Mİsal. Vergi orqanı əlavə vergi hesablanması səbəbindən vergi ödəyicisinin hesabındakı 2362,50 manat (2250 manat x 105 faiz) vəsaitı 10 dekabr 2020-ci il tarixdə 30 təqvim günü müddətində dondurub. Vergi ödəyicisi vergi orqanına yazılı müraciət edərək, vergi borcu ilə razılaşdığını və həmin vəsaitin dərhal icrası ilə bağlı banka digər, büdcəyə alınmalı icra sənədini göndərməyi xahiş edir. Bu zaman vergi orqanı tərəfindən dondurulma sərəncamı geri cağırılaraq yeni icra sərəncamı göndərilir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər