Elektron qaimə-fakturanın təqdim olunması ilə maliyyə sanksiyasının 4 MİSALLA İZAHI

Elektron qaimə-fakturanın təqdim olunması ilə maliyyə sanksiyasının 4 MİSALLA İZAHI

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hisssənin izahı” kitabından seçmə

İndi isə, misallar üzrə maliyyə sanksiyasının tətbiq edilməsi hallarına aydnlıq gətirək.

Mİsal 1.  Vergi ödəyicisi alqı-satqı müqaviləsinə əsasən, 30 000 manat məbləğində malı vergi ödəyicisinə təqdim edib. Proses üzrə müqavilənin imzalanması və ödənişlərin həyata keçirilməsinə baxmayaraq, vergi orqanı elektron qaimə-fakturanın təqdim olunmamasına görə malları təqdim edən vergi ödəyicisinə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, yəni 3 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək.

Mİsal 2.  Vergi ödəyicisi qarşı tərəfə 2 000 manatlıq malları bağışlayıb və ya hədiyyə olaraq təqdim edib. Vergi ödəyicisi malların satışını həyata keçirilmədiyini əsas tutaraq, qarşı tərəfə elektron-qaimə faktura təqdim etmir.

Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən, malların təqdim edilməsi dedikdə, mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr və s. fəaliyyətlər başa düşülür. Vergi orqanı malların hədiyyə verilməsini onların təqdim olunması hesab etdiyindən, vergi ödəyicisinə 200 (2000 manat x 10 faiz) manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək.

Mİsal 3.  Vergi ödəyicisi 2800 manatlıq malı 14 dekabr 2020-ci il tarixdə geri qaytarıb. Vergi Məcəlləsinin 71-1.1.4-ci maddəsinə əsasən, vergi ödəyicisi malların qaytarıldığı vaxtdan 3 gün müddətində elektron qaimə-fakturanı təqdim etməlidir. Vergi nəzarəti tədbirləri nəticəsində 21 dekabr 2020-ci il tarixdə qaytarılan mallara görə elektron-qaimə fakturanın təqdim olunmaması halları aşkar edilərsə, vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq ediləcək.

Mİsal 4. Vergi ödəyicisi qarşı tərəfə 2000 manatlıq xidmət haqqı ödəsə də, elektron qaimə-faktura təqdim etməyib.

Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən, xidmət (iş) dedikdə, malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət başa düşülür.

Vergi Məcəlləsinin 58.13-cü maddəsində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə maliyyə sanksiyası nəzərdə tutulur. Lakin xidmətin görülməsinə görə elektron qaimə-fakturanın təqdim olunmamasına görə maliyyə sanksiyası yoxdur.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər