Vüqar Mirheydərovun təqdimatında: Mikrosahibkarlıq subyektinin müəyyən olunması meyarları

Vüqar Mirheydərovun təqdimatında: Mikrosahibkarlıq subyektinin müəyyən olunması meyarları

Vergi Məcəlləsinin mikrobiznes subyektləri üçün təmin etdiyi güzəştlərdən biri də mikrosahibkarlıq subyekti olan hüquqi və fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinin mənfəət (gəlir) vergisindən azad edilməsidir. Bəs vergi ödəyicisinin mikrobiznes qrupuna aid olub-olmaması necə müəyyən edilir? Suala maliyyə mütəxəssisi Vüqar Mirheydərov aydınlıq gətirib:

Mikrosahibkarlıq subyektləri üçün güzəştlər Vergi Məcəlləsinin 102.1.30 və 106.1.20 -ci maddələrində nəzərdə tutulub. Biznes subyektlərinin qruplara bölünməsi isə Nazirlər Kabinetinin 21 dekabr 2018 -ci il tarixli 556 nömrəli qərarı ilə tənzimlənir. Burada iki meyar - işçilərin sayı və vergi ödəyicisinin illik gəlirinin miqdarı nəzərə alınır. Həmin qərara əsasən, biznes subyektlərinin sərhədləri belə müəyyən edilib:

Mikrosahibkar: 1-10 işçi, illik gəliri 200.000 manata qədər;

Kiçik sahibkar: 11-50 işçi, 200.000 – 3.000.000 manat arası illik gəlir;

Orta sahibkar: 51-250 işçi, 3.000 000 – 30.000.000 manat illik gəlir;

İri sahibkar: 250 nəfərdən çox işçi, 30.000.000 manatdan çox illik gəlir.

Vergi ödəyicisinin müəyyən bir qrupa aid olub-olmadığını müəyyən edərkən qeyd olunan iki meyardan daha böyük olan nəzərə alınır.

Misal: Tutaq ki, şirkətin illik gəliri 150 min manat, işçilərinin sayı 12-dir. Bu şirkət heç bir şəkildə mikrobiznes qrupuna aid ola bilməz. Həmin sahibkarlıq subyekti kiçik biznesə aiddir. Bu isə həmin şirkətin mikrobiznes subyektləri üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilməyəcəyi mənasını verir.

Bu, çox vacib məqamdır. Ona görə də hər hesabatda 75 faiz gəlir vegisinə güzəşt nəzərdə tutmaq sahibkarlar üçün mənfi hallara gətirə bilər. Əslində, hər bir güzəştdən istifadə etməzdən qabaq həmin güzəştin həqiqətən sizə aid olub-olmadığını ciddi şəkildə təhlil etmək lazımdır. Əks halda, vergi ödəyicisi maliyyə sanksiyları ilə üz-üzə qala bilər.

Mənbə: Vergiler.az

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər