Səhifəni çap et
Şənbə, 17 İyul 2021 08:35

Vergi ödəyicisi hansı əməliyyata görə elektron qaimə-faktura təqdim etmirlər?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

- aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicis i kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək (Maddə 16.1.11-6.)

Vergi Məcəlləsinin 161.1.11-6-ci maddəsi elektron qaimə-fakturanın göndərilməsinə məsul olan şəxslərə münasibətdə istisnaları müəyyən edir. Qeyd edək ki, son dəyişikliyə qədər elektron qaimə-fakturanın göndərilməsinin bütün vergi ödəyicilərinə şamil edilməsi müəyyən narazılıqlara səbəb olmuşdu. O səbəbdən də, 1 yanvar 2019-cu il tarixdən istisnaların siyahısı müəyyənləşdirilib.

- bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi (Maddə 16.1.11-6.1.)

Maddədən göründüyü kimi, kredit təşkilatları vergi ödəyicilərinə onların hesabları üzrə xidmət göstərdikdə elektron qaimə-faktura göndərilməsinə ehtiyac yoxdur. Amma bank vergi ödəyicisinə çek kitabçasının satışını və ya inkassasiya xidmətini göstərərsə, o zaman elektron qaimə-faktura təqdim etməlidir.

- dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi (Maddə 16.1.11-6.2.)

Dövlət, yerli özünidarəetmə və büdcə təşkilatları tərəfindən göstərilən xidmətlər zamanı elektron qaimə-faktura təqdim edilməsinə ehtiyac duyulmur. Misal üçün, Azərbayan Dəmiryol İdarəsi vergi ödəyicisinə sərnişin və ya yükdaşıma xidməti göstərdiyi halda qarşı tərəfə elektron qaimə-faktura təqdim etmir. Amma dövlət qurumu qanunvericilikdə nəzərdə tutulan fəaliyyətindən əlavə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda elektron qaimə-faktura təqdim etməlidir.

- notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi (Maddə 16.1.11-6.3.)

Elektron qaimə-fakturanın göndərilməsi məsələsində güzəştlərdən biri də notariuslara tətbiq edilir. Notarius hər hansı vergi ödəyicisinə notariat hərəkətlərinin aparılması ilə əlaqədar xidmət göstərərsə, o zaman elektron qaimə-faktura göndərilməsinə ehtiyac yaranmır.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.