ƏDV depozit hesabından gəlir vergisi üzrə borcu ödəmək mümkündür?

ƏDV depozit hesabından gəlir vergisi üzrə borcu ödəmək mümkündür?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depozit hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər.

Maddədən də göründüyü kimi, ƏDV depozit hesabından digər vergilər üzrə yaranmış borcların ödənilməsinə icazə verilmir.

Mİsal 1.  ƏDV ödəyicisinin əmək haqqıdan gəlir vergisi üzrə 600 manat borcu yaranıb.  Vergi ödəyicisi həmin vergini 44 gündür ödəmir və bunun müqabilində faiz hesablanması da davam edir. Vergi ödəyicisinin ƏDV depozit hesabında 1000 manata qədər vəsait var. Bu zaman vergi orqanının əmək haqqıdan gəlir vergisı üzrə borc məbləğini ƏDV depozit hesabından tutmasına icazə yoxdur.

Mİsal 2.  Vergi ödəyicisinin ƏDV üzrə 1200 manat borcu yaranıb. Vergi ödəyicisnin depozit hesabında 400 manat olduğundan vergi borcunun tam olaraq həmin hesabdan tutulmasına imkan yoxdur. Bu zaman vergi orqanı ƏDV üzrə qalıq borcunun tutulması üçün vergi ödəyicisinin cari bank hesabına sərəncam vermək hüququna malikdir.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər