Nigar Vahabzadənin təqdimatında: Fərdi sahibkar gəlir əldə etmədiyi ayda icbari sığorta ödəməlidir?

Nigar Vahabzadənin təqdimatında: Fərdi sahibkar gəlir əldə etmədiyi ayda icbari sığorta ödəməlidir?

Sualı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə cavablandırır.

Sual: VÖEN-lə çalışan fərdi sahibkarlar bəzi hallarda ilin bütün aylarında gəlir əldə etmirlər. Bəs onlar İTS haqqını necə ödəməlidirlər? VÖEN bağlı olarsa, ödəniş tutulurmu?

Cavab: “Tibbi sığorta haqqında” Qanunun 15-2.2.2-ci maddəsinin müddəalarına və Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər və Qanunun 15-10.1.3-cü maddəsinin müddəalarına əsasən onlara minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir.

Göründüyü kimi, vergi uçotuna alınmış fiziki şəxslər əldə etdikləri gəlirdən asılı olmayaraq minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqlarını ödəməlidirlər. Deyilənləri ümumiləşdirsək, fəaliyyəti aktiv olmayan vergi uçotuna alınmış fiziki şəxslər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqlarının ödənilməsi nəzərdə tutulmayıbdır.

Mənbə: vergiler.az

 

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər