Çərşənbə, 31 Mart 2021 06:09

Vergi ödəyicisi "Mənfəət vergisi" bəyannaməsinin “Ehtiyatlar” bölməsində hansı məbləğləri qeyd etməlidir?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Vergi ödəyicisi ilə vergi orqanı arasında ən çox müzakirələrin yaranmasına səbəb olan hallarından biri vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti prosesində təqdim edilmə məqsədilə alınmayan aktivlərinin və ona göstərilən xidmətlərin harada qeyd edilməsidir.
Misal. Verği ödəyicisi ofis üçün 5000 manat məbləğində dəftərxana ləvazimatı alınmasını və ya məsləhət xidməti üçün 2500 manat məbləğində ödəniş həyata keçirib. Vergi ödəyicisi həmin ləvazimatların alınması və istifadə olunmasını 1 saylı Əlavənin 1.3.4-cü, “Sair ehtiyatlar” sətrində qeyd etməlidir. Məsələyə bir az da aydınlıq gətirməyə çalışaq.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 iyul 2007-ci il tarixli, İ-73/1 nömrəli əmri ilə təsdiq edilən Kommersiya təşkilatları üçün 8 saylı “Ehtiyatlar üzrə” Milli Mühasibat Uçotu Standartında ehtiyatlara aşağıdakı aktivlər daxil edilir:
a) müəssisənin adi fəaliyyəti zamanı satış məqsədilə saxlanılan;
(b) satış üçün istehsal prosesində hazırlanmaqda olan;
və ya
(c) istehsal və ya xidmətlərin göstərilməsi prosesində sərf edilən xammal və materiallar formasında çıxış edən.
Standartdan göründüyü kimi, xidmətlərin göstərilməsi prosesində sərf olunan xammal və materiallar formasında çıxış edən aktivlər də ehtiyatlara aid edilir. O səbəbdən, vergi ödəyicisi əldə etdiyi dəftərxana ləvazimaları və xidmətləri 1 saylı Əlavənin “Sair ehtiyatlar” bölməsində qeyd edə bilər. Vergi ödəyicisinə təqdim edilən mallar və iş (xidmətlər)in dəyəri 1 saylı Əlavədə qeyd edilmədiyi halda vergi orqanı aşağıdakı formada kameral uyğunsuzluq məktubu göndərir:
Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilun müvafiq dövrlərində tərəfinizdən ________manat məbləğində mallar idxal edilməsinə və elektron qaimə-faktua əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq, bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 saylı Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətrlərinin “Dövr ərzində daxil olmuşdur” xanalarındakı göstəricilərin cəmi (_______manat) Vergilər Nazirliyinin məlumat bazasında olan göstəricilərin cəmindən _________ manat az əks etdirilmişdir.
Təcrübədə rast gəlinir ki, vergi ödəyicisi kameral uyğunsuzluğa cavab olaraq izahatında bildirir ki, həmin mallar və ya xidmətlər istehsal prosesində istifadə edilməyib. Bəzi hallarda vergi orqanları vergi ödəyicisinin bu şəkildə təqdim etdikləri izahatı qəbul edirlər.

2021-ci ilin mart ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın