Vergi Məcəlləsinin uçotdan olmayan mallarla bağlı 67.15-ci maddəsinin izahı (3 MİSALLA İZAH)

Vergi Məcəlləsinin uçotdan olmayan mallarla bağlı 67.15-ci maddəsinin izahı (3 MİSALLA İZAH)

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

1 yanvar 2019-cu ildən Vergi Məcəlləsinə əlavə edilən 67.15-ci maddə uçotda olmayan mallarla bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirdi. Vergi orqanının nəzarət tədbirləri zamanı vergi ödəyicisinin sahibliyində olan malların təqdim edilməsinin hansı dövrə aid edilməsi ilə bağlı konkret müddəa Vergi Məcəlləsində nəzərdə tutulmamışdı. Qeyd olunan əlavədən sonra vergi nəzarəti tədbirlərinə fərqli yanaşma tətbiq olunur.

Misal 1.  Vergi orqanının 2020-ci ilin sentyabr ayında keçirdiyi operativ vergi nəzarəti tədbirləri nəticəsində 1200 sayda malın uçotda olmadığı müəyyən edilib. Mümkündür ki, həmin mallar təkcə sentyabr yox, öncəki aylarda və rüblərdə də təqdim edilib. Amma Vergi Məcəlləsinin 67.15-ci maddəsi tələb edir ki, həmin malların təqdim edilməsi sentyabr ayında nəzərə alınsın.

Misal 2.  Vergi orqanının 2020-ci ilin sentyabr ayında həyata keçirdiyi səyyar vergi yoxlaması zamanı ƏDV ödəyicisi olmayan, mənfəət (gəlir) vergisi ödəyicisinin sahibliyində olmayan 850 sayda malların uçotdan yayındırılması halı müəyyən edilib. Bu halda vergi orqanı həmin malların təqdim olunmasını 2019-cu il üzrə Mənfəət (gəlir) vergisi bəyannaməsində nəzərə alacaq.

Misal 3.  Vergi orqanı tərəfindən 2020-ci ilin aprel ayında ƏDV və mənfəət (gəlir) vergisi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı 400 sayda malın uçotda olmaması müəyyən edilib. Vergi orqanı 2020-ci ilin ilk 3 ayını (yanvar - mart) əhatə edən səyyar vergi yoxlaması həyata keçirdiyi üçün, həmin malların təqdim edilməsi 2020-ci illin mart ayı üzrə ƏDV bəyannaməsində də nəzərə alınacaq.

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər