Mənfəət bəyannaməsində malların invoys dəyəri ilə uçota alınmasında VACİB 3 MƏQAM

Mənfəət bəyannaməsində malların invoys dəyəri ilə uçota alınmasında VACİB 3 MƏQAM

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Bəzi ekspertlər hesab edirlər ki, idxal malları ilə bağlı məlumatlar onlayn rejimdə gömrük orqanından vergi orqanına daxil olduğu üçün, vergi ödəyicisi gömrük yox, invoys dəyəri ilə məlumat təqdim etdikdə, kameral uyğunsuzluq məktubu daxil olacaq. Doğrudur, əksər hallarda vergi orqanından kameral uyğunsuzluq gəlsə də, vergi ödəyicisi tərəfindən təqdim edilən sənədləri (invoys, müqavilə və s.) vergi orqanı qəbul etdikdən sonra, kameral uyğunsuzluq da aradan qaldırılır. Bir məsələni qeyd edək ki, ƏDV bəyannaməsində mallar gömrük dəyəri ilə daxil edilir, çünki ƏDV-nin hesablanma bazası gömrük dəyəridir.

İndi isə invoys dəyəri ilə bağlı mühüm məqamları nəzərdən keçirək.

Birincisi, iddia oluna bilər ki, əgər mallar invoys dəyəri ilə nəzərə alınırsa, o zaman həmin mallara hesablanan gömrük rüsumları, gömrük haqqı və ƏDV məbləği də həmin dəyərə uyğun hesablanmalıdır. Fikrimizcə, vergi ödəyicisinin ödədiyi gömrük rüsumları və ƏDV icbari ödənişlər olduğu üçün həmin məbləğlər tam olaraq maya dəyərinin üzərinə əlavə edilməlidir.

İkincisi, vergi ödəyicsi malları gömrük dəyəri ilə nəzərə aldıqda, daha az mənfəət vergisi ödənilməsinə nail olur. Misal üçün, malın invoys dəyəri 5 manatdır, amma gömrük orqanı 7 manat əsasında hesablama aparır. Bu halda gömrük rüsumlarına görə malın malın dəyərinə 1,50 manat əlavə olunur və yekunda malın 1 ədədinin maya dəyəri 8,50 manat təşkil edir. Vergi ödəyicisi həmin malı 10 manata satdığı üçün vergi orqanına təqdim etdiyi hesabatda 1,50 manat (10 manat (satış) – 8,50 (gömrük dəyəri nəzərə alınmaqla maya dəyəri)) mənfəət hesabladığını bəyan edir.

Xərclərin hesablanması invoys dəyəri əsasında aparıldıqda isə, maya dəyəri 8,50 manat yox, 6,50 manat təşkil edəcək. Bu halda vergi ödəyicisinin mənfəəti artıq 1,50 manat yox, 3,50 manat ( (10 manat (satış) – 8,50 (gömrük dəyəri nəzərə alınmaqla maya dəyəri)) olacaq.

Beləliklə də, vergi ödəyici təqdim edilən hər mala görə əlavə olaraq 0.40 manat ((3,50 (invoys dəyəri ilə fərq) – 1,50 manat (gömrük dəyəri ilə fərq) x 20 faiz (mənfəət vergisinin dərəcəsi) mənfəət vergisini dövlət büdcəsinə bəyan edəcək.

Üçüncü mühüm məsələ ƏDV ödəyiciləri üçün əvəzləşdirilən ƏDV məbləği ilə bağlıdır. Bəzi vergi ödəyiciləri düşünürlər ki, gömrük dəyəri yüksək hesablanıbsa, malın qiymətini də artırmalıdırlar. Amma bir məsələni nəzərə almaq lazımdır ki, malın qiymətini yüksək təyin etdikdə hesablanan ƏDV məbləği də artır.

Misal üçün, vergi ödəyicisi gömrük dəyəri (7 manat) ilə invoys dəyəri (5 manat) arasındakı fərqə görə əlavə olaraq 0.36 manat (2 manat x 18 faiz) ƏDV hesablayaraq dövlət büdcəsinə ödəməlidir. Vergi ödəyicisi həmin mala görə 1 manat ticarət əlavəsi nəzərdə tutduğundan, gömrük dəyəri üzərindən hesablama apardıqda, əlavə ƏDV öhdəliyi formalaşır. Amma vergi orqanı invoys dəyərinə uyğun hesablanan maya dəyərinə ticarət əlavəsini əlavə etdikdə, həmin mallara münasibətdə gömrük dəyərinə görə hesablanan ƏDV üzrə artıq ödəmə yaranır.

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

0 Komment

    Şərh yazın

    Xəbərlər