İdxal olunan mallar necə rəsmiləşdirilir?

İdxal olunan mallar necə rəsmiləşdirilir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Malların təqdim olunmasında ən ciddi məsələ idxal olunan malların statistik və invoys dəyərinin fərqli olmasıdır.

Mİsal. Vergi ödəyicisi birinin dəyəri 10 dollardan 1200 ədəd mal idxal edib.

İdxal olunan malın gömrüklə bağlı hesablamaları aşağıdakı kimidir:

- Malların gömrük dəyəri - 12 000 dollar (10 x 1200) x 1,7 manat = 20 400 manat;

- Malların gömrük rüsümü - 20 400 manat x 10 faiz = 2 400 manat;

- Gömrük haqqı - 100 manat;

- ƏDV hesablanacaq gömrük dəyəri – 20  400 manat + 2400 manat + 100 manat = 22 900 manat;

- ƏDV məbləği - 22 900 manat x 18 faiz = 4 122 manat.

Hesab edək ki, malın daşınma xərci 2600 manat olub.

Bu halda malın maya dəyərini müəyyənləşdirmək üçün hesablama aşağıdakı şəkildə olacaq:

Malın dəyəri  = (20 400 manat (malın invoys dəyəri) + 2400 manat (gömrük rüsumu) + 100 manat (gömrük haqqı) + 2600 manat (daşıma xərci)) / 1200 manat (malların sayı) = 21, 25 manat

Əgər malları idxal edən şəxs ƏDV ödəyicisi deyilsə, o zaman malın dəyəri aşağıdakı kimi olacaq:

Malın dəyəri  = (20 400 (malın invoys dəyəri) + 2400 (gömrük rüsumu)+  100 (gömrük haqqı)+ 2600 manat (daşıma xərci)+ 4 122 manat (ƏDV))/ 1200 (malların sayı) = 24,685 manat

Qeydlər:

- Vergi ödəyicisinin broker xərcləri malın maya dəyərinə aid edilmir;

- Vergi ödəyicisi daşınma xərcinə görə rezidentə ƏDV ödədiyi halda, ƏDV ümumi qaydada əvəzləşdirilir, ƏDV ödəyicisi olmayan şəxslər həmin məbləği malın maya dəyərinə daxil edir.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər