Mənfəət vergisi ödəyicisi istənilən tarixdə vergi mükəlləfiyyətini dəyişə bilər?

Mənfəət vergisi ödəyicisi istənilən tarixdə vergi mükəlləfiyyətini dəyişə bilər?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Maraqlı məsələlərdən biri də mənfəət (gəlir) vergisi ödəyicisinin istənilən tarixdə cari vergi ödəyicisi statusundan imtina edərək sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan faydalana bilməsi ilə bağlıdır.

Mİsal.  Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi 2020-ci ilin birinci rübünün göstəricilərinə əsasən, elektron qaimə-faktura ilə təqdim etdiyi malların ümumi həcmi 30 faizdən yüksək olduğu üçün, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirir. Vergi ödəyicisi 2020-ci ilin ikinci rübündə elektron qaimə-faktura ilə rəsmiləşdirilən əməliyyatlarının həcminin 30 faizdən aşağı olmasını əsas tutaraq yenidən sadələşdirilmiş vergi ödəyicisi hüququndan istifadə edə bilər?

Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir.

Maddədən göründüyü kimi, vergi ödəyicisi il ərzində mənfəət (gəlir) vergisi ödəyicisi kimi fəaliyyət göstərdiyi halda ilin sonuna kimi həmin mükəlləfiyyətini dəyişə bilməz.

Misalımızdakı vergi ödəyicisi mənfəət (gəlir) vergisindən yenidən sadələşdirilmiş vergiyə qayıtmaq üçün 2020-ci il üzrə Mənfəət vergisi bəyannaməsi təqdim edir. Vergi ödəyicisi ya 1 yanvar 2021 – 20 aprel 2021-ci il dövründə sadələşdrilmiş vergi ödəyicisi olmaqla bağlı vergi orqanına müraciət etməlidir, ya da 2021-ci il aprel ayının 20-dən gec olmayaraq Sadələşdirilmiş vergi bəyannaməsini  təqdim etməlidir.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər