Vergi orqanında vergi ödəyicisinin şikayətinə baxılmasında maraqlı məqamlar

Vergi orqanında vergi ödəyicisinin şikayətinə baxılmasında maraqlı məqamlar

Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissəsin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 63.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından (aktlarından), vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 gün müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir.

Yuxarı vergi orqanı dedikdə, Dövlət Vergi Xidməninin funksional idarələri başa düşülür. Misal  üçün, vergi ödəyicisi kameral və ya səyyar vergi yoxlamasından şikayət etdikdə, Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsinn yönəltdiyi funksional qurumlarda şikayətə baxılır.

“İnzibati İcraat haqqında” AR Qanununun 79-cu maddəsində, inzibati şikayətə baxılması qaydası müəyyən edilir. Qanunda qeyd edilir ki, şikayət instansiyası şikayətə baxılmasını heç bir halda şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqana və ya onun vəzifəli şəxslərinə həvalə edə bilməz.

Mİsal.  Bakı şəhəri Kiçik Sahibkarlıqla iş Baş İdarəsinin rəhbərliyi tərəfindən kameral vergi yoxlaması nəticəsində vergi ödəyicisinə əlavə vergi hesablanıb. Vergi ödəyicisi kameral vergi yoxlaması ilə bağlı qərardan vergi orqanına şikayət etdikdə, artıq Baş idarə tərəfindən həmin şikayətə baxıla bilməz.

Yuxari vergi orqanlarında şikayətin araşdırılması müddətinə gəlincə isə, “İnzibati icraat haqqında” AR Qanunun 78-ci maddəsinə əsasən, qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur.

Qeyd etdiyimiz kimi Vergi Məcəlləsinin 63.1-ci maddəsində göstərilir ki, yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 gün müddətində baxılmalıdır. Amma təcrübədə rast gəlinir ki, vergi ödəyicisinin şikayətinə baxılması proseduru 90 günə qədər uzadılır. Hansı hallarda inzibati icraat müddətinin artırılmasına baxaq.

“İnzibati icraat haqqında” AR qanunun 52.3-cü maddəsinə qeyd edilir ki, inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün 30 gündən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər.

İnzibati orqan tərəfindən müddətin uzadılması barədə vergi ödəyicisinə məlumat verilməli və müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır.

İnzibati aktın maksimal müddəti də müəyyən edilib. Belə ki, “İnzibati icraat haqqında” AR qanununun 52.5-ci maddəsndə vurğulanır ki, inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.

Mİsal.  Vergi ödəyicisi ona vergi yoxlaması nəticəsində əlavə vergi hesablanmasından 10 avqust 2020-ci il tarixdə şikayət edib. Vergi orqanı “İnzibati icraat haqqında” AR Qanununn 45-ci maddəsinə istinad etməklə, müəyyən olunan sübutlardan (sənədlər, tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatları, şahid ifadələri,  müvafiq müayinələrin aparılması,  ekspert rəyləri, hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlar və digər.) istifadə edir.

Mümkündür ki, vergi orqanı vergi ödəyicisinin şikayətinin araşdırılması üçün müəyyən sənədləri tələb etsin və araşdırma üçün ekspertiza təyin olunsun. Bu cür hallarda yuxarı vergi orqanı şikayətin müddətini artırır.

Son dövrlər əksər hallarda vergi ödəyicisinin şikayəti əsasında aparılan inzibati icraatın müddəti 90 günə qədər artırılır. Fikrimizcə, müddətin uzadılması pandemiya ilə əlaqədar vergi orqanlarında çalışan işçi heyətinə məhdudiyyətlərin qoyulması və vergi ödəyicisinin lazımı sənədləri vaxtında təqdim etməməsi ilə bağlıdır.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər