Vergi ödəyicisinin obyektinin uçotu və iqtisadi maraqlar mərkəzinın misallarla izahı

Vergi ödəyicisinin obyektinin uçotu və iqtisadi maraqlar mərkəzinın misallarla izahı

Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi ödəyicisinə obyekt və filialına görə hansı uçot sənədi verilməsinə gəlincə, Vergi Məcəlləsinin 33.2-ci maddəsinin ikinci abzasına əsasən,  vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir.Maddədən göründüyü ki, hüquqi şəxsin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması zamanı yeni VÖEN yox, arayış təqdim edilir.

Qeyd edək ki, vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda yerləşdikdə vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alına bilər. Bu zaman Dövlət Vergi Xidmətinin təhlil srukturunun iyun ayının 5-dək verdiyi rəy əsas götürülür.

İqtisadi maraqlar mərkəzinə gəldikdə isə, vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer iqtisadi maraqlar mərkəzi hesab  edilir.

 Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 22 aprel 2019-cu il tarixli, 1917050000005500 nömrəli qərarı ilə “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası” təsdiq edilib. Bu qaydanın təsdiq edilməsinin əsas səbəblərindən biri də vergi ödəyicilərinin iqtisadi maraqlar mərkəzinə görə uçota alınması prosesi ilə bağlıdır.

Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. İqtisadi maraqlar mərkəzi üzrə yenidən uçota alınma vergi ödəyicisinin müraciəti və ya vergi orqanının təşəbbüsü əsasında həyata keçirə bilər.

Mİsal 1. Masallı rayonunda qeydiyyatda olan vergi ödəyicisinin həm Bakı, həm də Gəncədə təsərrüfat subyekti var. Vergi ödəyicisi müraciət edir ki, onu Gəncə şəhərində yenidən uçota alsınlar. Bu halda Dövlət Vergi Xidmətinin təhlil strukturu vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınması barədə müraciətinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun baxılmasını həyata heçirərək yenidən uçotu haqqında qərar verir.

Misal 2. Vergi orqanının təşəbbüsü ilə yenidən uçotu nəzərdən keçirək. Dövlət qurumu müəyyən edir ki, Kürdəmir şəhərində vergi uçotuna alınan vergi ödəyicisinin Sumqayıt və Mingəçevir şəhərlərində obyektləri mövcuddur. Vergi ödəyicisininin gəlirləri ən az Kürdəmir şəhərində olan obyekt üzrədir. Vergi ödəyicisi özü yenidən uçotla bağlı müraciət etmədiyindən vergi orqanının təşəbbüsü ilə iqtisadi maraqlar mərkəzi üzrə yenidən uçota alınma həyata keçirilir.

İndi isə iqtisadi maraqlar mərkəzi üçün hansı meyarların əsas götürülməsini nəzərdən keçirək.

Vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınması hər il iki və daha çox təsərrüfat subyekti (obyekti) olan vergi ödəyicilərinin təsərrüfat subyektləri (obyektləri) üzrə illik gəlirləri müəyyən edilməklə həyata keçirilir.

Misalımızın davamı olaraq hesab edək ki, vergi ödəyicisinin 2019-cu il üzrə Kürdəmir, Sumqayıt və Mingəçevirdə yerləşən təsərrüfat subyektləri (obyektləri) üzrə gəlirləri müvafiq olaraq 52 300 manat, 85 000 manat və 67 850 manat təşkil edir. Vergi orqanı ümumi gəlirin formalaşmasında Sumqayitdakı obyektin xüsusi payının çox olmasını əsas tutaraq, vergi ödəyicisinin həmin ərazi üzrə yenidən uçotunu həyata keçirir.

Vergi orqanı yenidən uçota aldıqdan sonra vergi ödəyicisinə “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınma barədə BİLDİRİŞ” forması göndərməlidir.

Qeyd edək ki, təsərrüfat subyektinə (obyektinə) malik olan vergi ödəyicilərinin yenidən uçota alınması vergi orqanı tərəfindən vergi ilindən sonrakı ilin yanvar ayında həyata keçirilir. Həmçinin, vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması təqvim ilində bir dəfə həyata keçirilir.

Sonda qeyd edək ki, iqtisadi maraqlar mərkəzi üzrə vergi ödəyicisinin yenidən uçotu həm hüquqi, həm də fiziki şəxslərə şamil edilir.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər