Çərşənbə axşamı, 02 Mart 2021 07:29

Vergi ödəyicisi mənfəət vergisi ilə yanaşı, sadələşdirilmiş və ya ƏDV ödəyicisi ola bilər?

Satışı yekunlaşmaqda olan “Vergi uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Vergi ödəyiciləri ilkin qeydiyyat alınma zamanı mənfəət və ya sadələşdirilmiş vergi ödəyicisi hüququndan istifadə haqqında vergi orqanını məlumatlandırmalıdır. Vergi ödəyicisinin həm mənfəət, həm də sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Amma vergi ödəyicisi mənfəət vergisi ödəyicisi olmaqla yanaşı, ƏDV ödəyicisi olmaq hüququndan istifadə edə bilər.

Belə bir yanlış fikir var ki, vergi ödəyicisi mənfəət vergisi ödəyicisi olmaq hüququndan istifadə edirsə, sadələşdirilmiş vergi ödəyicisi olmadığı üçün o, mütləq ƏDV ödəyicisi olmalıdır. Qanunvericilikdə ƏDV qeydiyyatı ilə bağlı könüllü və məcburi qeydiyyat tələbləri var.

Mİsal 1. Vergi ödəyicisi yeni yarandıqda və ya müəyyən dövr fəaliyyət göstərdikdən sonra ƏDV qeydiyyatına alınmaq üçün vergi orqanına müraciət edərək könüllü surətdə ƏDV olmaq hüququndan istifadə edə bilər.

Mİsal 2. Vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduqda, o, ƏDV ödəyicisi kimi qeydiyyata alınır. Burada diqqət yetiriləsi məqam vergi tutulan əməliyyatların həcminin 200 000 manatdan artıq olmasıdır. Mümkündür ki, bu hal 5 aydan sonra baş versin, o halda vergi ödəyicisi məcburi olaraq ƏDV qeydiyyatına alınmalıdır.

Mİsal 3. Vergi ödəyicisi 2021-ci ilin ilk ayında 220 000 manatlıq müqavilə imzalayır. Vergi Məcəlləsinin 157-ci maddəsinə əsasən, bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, vergi ödəyicisi ƏDV ödəyicisi kimi uçota alınmalıdır.

Amma nəzərə almaq lazımdır ki, bəzi vergi ödəyicilərinin ƏDV qeydiyyatı ilə bağlı vergi qanunvericiliyində fərqli tələblər mövcuddur.

Misal üçün, Vergi Məcəlləsinin 154.6-cı maddəsinə əsasən, aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər dövriyyəsindən asılı olmayaraq ƏDV-nin ödəyiciləri hesab edilirlər. Deməli, bu vergi ödəyiciləri məcburi olaraq mənfəət (gəlir) vergisi ödəyicisi hesab edilir.

Bəzi vergi ödəyiciləri var ki, onlar mütləq sadələşdirilmiş vergi ödəyicisi olmalıdırlar. Bu cür vergi ödəyicilərinə idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxsləri, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxsləri, fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əsasında fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxsləri və digərlərini göstərmək olar.

Üçüncü tip vergi ödəyiciləri də var. Vergi qanunvericiliyi sadələşdirilmiş vergi ödəyicisinə 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğu halda ƏDV qeydiyyatı üçün müraciət sərbəstliyi verib.  

Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV qeydiyyatı üçün müraciət edə və ya 8 faiz sadələşdirilmiş vergi dərəcəsi hesablamaqla fəaliyyət göstərə bilərlər.

Misallardan və izahdan çıxan yekun nəticə odur ki, vergi ödəyicisi həm sadələşdirilmiş, həm də mənfəət vergisi ödəyicisi ola bilməz. Amma mümkündür ki, vergi ödəyicisi mənfəət vergisi ödəyicisi olmaqla yanaşı, ƏDV ödəyicisi də olsun.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Şərh yazın