Vergi Məcəlləsinin 3.4 və 3.5-ci maddələrinin izahı

Vergi Məcəlləsinin 3.4 və 3.5-ci maddələrinin izahı

Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergilər müəyyən edildikdə vergi ödəyicilərinin mənafeyi də nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 3.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən) vergilərin müəyyən edilməsinə yol verilmir.

Misal üçün, dövlət şadlıq saraylarındakı musiqi səslərinin çox olması səbəbindən “səs” vergisi tətbiq edə bilməz. Çünki bu halda tətbiq edilən vergi sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olur.

Vergi Məcəlləsində diqqəti cəlb edən digər maddə vergi ödəyicisinin eyni növ verginin ödənilməsi üzrə öhdəliyinin müəyyən edilməsidir. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.

Bəzi həmkarlar hesab edirlər ki, əgər bir əməliyyat üzrə vergi tutulması həyata keçirilibsə, artıq həmin əməliyyatdan vergi tutulması qadağandır. Misal üçün, vergi ödəyicisi hər hansı şəxsdən əmlakı icarəyə götürübsə ödəmə mənbəyində vergi ödəyibsə, sonra həmin əmlakın üçüncü şəxsə təqdim olunması zamanı onun vergi öhdəliyi yaranır. Amma bu əməliyyatda diqqət yetiriləsi məqam odur ki, vergitutma obyekti icarə olsa da, gəlirləri əldə edən şəxslər fərqli şəxslərdir. İlkin əməliyyatda evin sahibi, ikinci əməliyyatda isə ev sahibindən icarəyə götürən şəxs, yəni subicarəçi gəlir əldə edir.

Maddəyə uyğun sayıla bilən digər misala baxaq. Vergi qanunvericiliyinə əsasən, notarius daşınmaz əmlakı təqdim edən vətəndaşdan ödəmə mənbəyində sadələşdirilmiş vergi tutur. Vergi orqanı həmin şəxsdən malları təqdim etməyə görə verginin ödənilməsini tələb edə bilməz.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər