Cümə, 26 Fevral 2021 05:34

Kameral vergi yoxlaması ilə bağlı Vergi Məcəlləsinin 37.4-cü maddəsinin izahı

Satışına start verilən “Vergi Məcəlləsi. Ümümi Hissənin izahı” kitabından seçmə

Vergi orqanı kameral vergi yoxlaması zamanı bəyannamədə vergi məbləğinin az göstərilməsini aşkar edərsə, vegi ödəyicisinə vergi orqanının müvafiq qərarını göndərməlidir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir.

Vergi orqanı bəyannamədə, hesabatda və ya arayışda uyğunsuzluq (risk) aşkar etdikdə, növbəti iş günündən gec olmayaraq “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” hazırlanır və zəruri olan sənədlərin təqdim edilməsini tələb edir.  Bu məktubun göndərilməsində məqsəd vergi ödəyicisinə  təqdim olunmuş bəyannamədə, hesabatda və ya arayışda müəyyən  səbəbdən (səbəblərdən) kameral yoxlamanın aparılmasının mümkün olmadığı haqqında məlumatlandırmaqdır.

Mİsal 1. Vergi ödəyicisi 2020-ci ilin 4-cü rübü üzrə Sadələşdirilmiş vergi bəyannaməsi təqdim edərkən 1 saylı əlavəyə (Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat) hər hansı məlumat daxil etməyib. Bu zaman vergi orqanı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərərək həmin rüb üzrə Sadələşdirilmiş vergi bəyannaməsinin göndərilməsini tələb edir. Göründüyü kimi vergi orqanı tərəfindən göndərilən məktubda kameral vergi yoxlaması nəticəsində əlavə verginin hesablanması həyata keçirilmir.

Mİsal 2. Kiçik sahibkarlıq subyektinə aid edilən hüquqi və ya fiziki şəxs vergi ödəyicisi hesablama metodu ilə təqdim etdiyi 2020-ci il Mənfəət (gəlir) vergisi bəyannaməsində malların təqdim edilməsindən və ya iş (xidmət)in göstərilməsindən 80 000 manat gəlir əldə etdiyini qeyd edib. Vergi ödəyicisinin  gəlirdən çıxılan xərcləri isə 50 000 manat olduğu üçün vergi ödəyicisi 6000 manat ((80 000 (illik gəlir) -50 000 (gəlirdən çıxılan xərclər) x 20 faiz(mənfəət vergisinin dərəcəsi)) məbləğində mənfəət (gəlir) bəyan edib. Vergi orqanı kameral yoxlama zamanı müəyyən edib ki, vergi ödəyicisinin 2020-ci ildə təqdim etdiyi elektron qaimə-fakturanın ümumi məbləği 92 000 manat olub, belə olduqda vergi ödəyicisinə 8400 manat (42 000 (92 000 – 50 000) x 20 faiz) mənfəət vergisi hesablayır. Bu halda vergi orqanı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” sənədini yox, Vergi Məcəlləsinin 37.4-cü maddəsində qeyd edilən “Vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması  barədə qərar” sənədini göndərir. Sənəddə vergi orqanı bəyannamə və kameral vergi yoxlaması zamanı hesablanan vergi haqqında məlumat verir.  Həmçinin, bəyannamədə göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat qeyd olunur.

Vergi ödəyicisi kameral vergi yoxlaması zamanı yaranan əlavə vergi hesablanması ilə bağlı hər hansı münasibət bildirmədikdə, vergi orqanı vergi borcunun ödənlməsi üçün sərəncam göndərir və ya vergi ödəyicisinin müvafiq borc üzrə artıq ödəməsi varsa, onu azaldır.

Zərurİ qeyd: Kameral vergi yoxlaması zamanı hesablana əlavə vergiyə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə uyğun olaraq 50 faizlik maliyyə sanksiyası tətbiq edilmir.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın