Hansı ödənişlər nağdsız hesablaşma hesab olunur?

Hansı ödənişlər nağdsız hesablaşma hesab olunur?

Satışına start verilən "Vergi uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Maliyyə-bank sisteminin sağlamlaşdırılması tədbirlərinə dəstək vermək və nağdsız hesablaşmaları stimullaşdırmaq məqsədilə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16.12.2016-cı il tarixli, 461-VQD nömrəli Qanunu qüvvəyə minib. Qanunda qeyd edilir ki, nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur:
- Bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar (Maddə 3.1.1)
Vergi ödəyicisi digər vergi ödəyicisinə ödəniş etmək üçün ödəniş tapşırığı vasitəsilə 300 manat ödəniş edir. İnternet bankinq və mobil bankçılıq vasitəsilə 400 manat ödəniş həyata keçirilir. Bu tip ödənişlər üzrə aparılan əməliyyatlar qeyd edilən maddəyə uyğundur.
- Ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar (Maddə 3.1.2.)
Vergi ödəyicisinin hesabına hazırda respublikamızda istifadə olunan “E-manat”, “Milliön”, “Easy pay” və digər ödəniş terminalları vasitəsilə edilən ödənişlər də nağdsız hesablaşmalar sayılır.
- Birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar (Maddə 3.1.3.)
Vergi ödəyicisinin hesabına vəsait onun bank hesabı vasitəsilə daxil olur. Misal üçün, “A” MMC-nin “Paşabank”da cari hesabı var, vətəndaş nağd vəsaitini bank şöbəsindən vergi ödəyicisinin bankdakı hesabına ödəyir.
DİQQƏT: Əgər hər iki tərəf vergi ödəyicisidirsə, o zaman nağdsız ödəniş dedikdə, nağdsız hesablaşmaların hər 3 forması deyil, yalnız birinci qaydaya uyğun, yəni bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə və ödəniş vasitələri ilə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər