Vergi Məcəlləsinin 33.3-cü maddəsinin izahı

Vergi Məcəlləsinin 33.3-cü maddəsinin izahı

Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən,  hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.

Maddədə əsas diqqət yetiriləsi məqam “vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq” məfhumunun işlədilməsidir. Həmin məfhumun aydın olması üçün misallara müraciət edək.

Mİsal. Vergi ödəyicisi fəaliyyətə başlamasına baxmayaraq, malların satışı və ya xidmətlərin təqdim edilməsini həyata keçirməyib. Gəlir və ya dövriyyənin  olmaması o anlama gəlmir ki, vergi ödəyicisi yalnız vergi öhdəliyi baş verdikdən sonra uçota alınmalıdır. Eyni hal zərərlə işləyən şəxslərə də şamil edilir. Vergi ödəyicisi fəaliyyətə başlamadan öncə vergi uçotuna alınmalıdır.

Vergi Məcəlləsinin 33.3-cü madddəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər.

Maddədən göründüyü kimi, xarici ölkələrin diplomatik korpuslarının və beynəlxaq təşkilatların nümayəndəliklərinin vergi uçotuna alınması məcburi xarakter daşımır, onların vergi orqanında uçota alınmasına sərbəstlik verilib.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin vergi uçotu isə Vergi Məcəlləsinin 33.3-cü maddəsinin üçüncü abzası ilə tənzimlənir. Həmin maddəyə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar.

Əcnəblər və vətəndaşlığı olmayan şəxslər  Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindən aldığı vəsiqə üzrə sərbəst şəkildə vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınaraq rezident şəxslərə tətbiq edilən vergi dərəcələri üzrə vergi öhdəliklərini həyata keçirirlər.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər