Vergi orqanı hansı hallarda əmək haqqını fərqli hesablaya bilər? (Misallarla izah)

Vergi orqanı hansı hallarda əmək haqqını fərqli hesablaya bilər? (Misallarla izah)

Satışı davam edən “Vergi Məcəlləsi. Ümümi hissəsinin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 67.5-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ölkə üzrə ötən ilki orta aylıq əmək haqqı əsasında hesablayır.

Mİsal 1. Vergi ödəyicisi  tam iş vaxtı norması ilə çalışan baş mühasibə 400 manat məbləğində vəzifə maaşı təyin edib. Vergi orqanı vergi ödəyicisinə müraciət edərək, 2019-cu il üzrə orta əmək haqqıdan az əmək haqqının verilməsi ilə bağlı ondan izahat istəyir. Vergi ödəyicisi hər hansı izahat vermədiyi halda vergi orqanı gəlir vergisinin məbləğini ölkə üzrə ötən ilki orta aylıq əmək haqqı əsasında hesablaya bilər.

Mİsal 2.  Vergi orqanı keçirdiyi vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisində əmək müqaviləsi olmayan fəhlənin çalışdığını müəyyən edir. Vergi orqanı həmin fəhlə ilə eyni əmək funksiyasına və iş rejiminə malik, əmək müqaviləsi olan şəxs müəyyən etdikdə əlaqəli məlumatlardan istifadə etməklə gəlir vergisini hesablaya bilər. Əks halda, vergi orqanı gəlir vergisinin məbləğini ölkə üzrə ötən ilki orta aylıq əmək haqqı əsasında hesablaya bilər.

Qeyd edək ki, vergi orqanının məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və könüllü tibbi sığorta məbləğini də ötən ilin yekun ölkə üzrə orta aylıq əmək haqqı göstəricisi əsasında hesablayacaq.

 

 

2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
 
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər