Çərşənbə, 21 Oktyabr 2020 05:55

Dövlət Vergi Xidmətindən cəbhəyanı bölgədə yaşayan vergi ödəyicilərinin XAHİŞİ

"Həmkar dəstəyi" rubrikamıza müraciət edən şəxslər bu dəfə cəbhəyanı bölgədə yaşayan vergi ödəyiciləridir. Erməni təcavüzkarlarının dinc əhalini mütəmadi atəşə tutması səbəbindən cəbhə bölgəsində yaşayam və fəaliyyət göstərən vətəndaşlarımızın bir hissəsi təhlükəsizliklərinin təmin olunması üçün müvəqqəti olaraq daimi yaşayış yerləni tərk etməyə məcbur olublar. Belə ərazilərdə qeydiyyatda olan vergi ödəyicilərinin vergi mükələffiyyətlərinə uyğun olaraq 2020-ci ilin 3-cü rübü və sentyabr ayı üzrə bəyannamələri təqdim etməsində problemlər yaranıb. Çünki vergilərin hesablanmasına əsas verən sənədlərin həmin ərazilərində saxlanılması vergi ödəyicilərinin bəyannamə təqdim etməsinə çətinlik törədir.

İnanırıq ki, Dövlət Vergi Xidməti qeyd olunan bölgələrimizdə qeydiyyatda olan vergi ödəyicilərinin bəyannamələri təqdimetmə vaxtının keçməsinə anlayışla yanaşacaq, ödəmə vaxtı keçən vergi borclarına faiz hesablamayacaq.

İnşallah, tezliklə qədim Şuşamız da daxil olmaqla, işğaldan azad olunmuş torpaqlarımızda yaşayan və fəaliyyət göstərən vergi ödəyiciləri hesabına vergi bazası genişlənəcək və bəyannamələrin daxil olması qaydasına düşəcək.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 

Şərh yazın