Vergi ödəyicisi olmayan şəxslərə xidmət haqqı ödənişi zamanı vergi necə hesablanır?

Vergi ödəyicisi olmayan şəxslərə xidmət haqqı ödənişi zamanı vergi necə hesablanır?

Satışı bitən "Vergi uçotu: A-dan Z-yə" kitabının "Ödəmə mənbəyindən vergi" bölməsindən seçmə

Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar da ödəmə mənbəyində vergi tutmalıdır.
Burda bir məqama diqqət yetirmək lazımdır ki, bu maddədə söhbət malların satışını həyata keçirəndən yox, iş (xidmət) göstərən şəxslərə ödəmələr zamanı ödəmə mənbəyində verginin tutulması halından gedir. Bu barədə “Xidmət sektoru“ bölməsində geniş məlumat vermişik.

Misal. “A” MMC tərcümə xidmətləri göstərən və vergi uçotunda qeydiyyata alınmayan vətəndaşla 200 manatlıq xidmət müqaviləsi imzalayır. Göstərilən xidmətə görə ödəniş zamanı təşkilat 28 manat (200 manat x 14 faiz) ödəmə mənbəyində vergi və 50 manat (200 x 25 faiz) məcburi sosial sığorta haqqı hesablamalıdır. Yekun olaraq, “A” MMC-nin vətəndaşa ödədiyi məbləğ 122 manat (200 manat – 28 manat – 50 manat) təşkil edəcək.
Bir məsələni də qeyd edək ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunun 7.7.3-cü maddəsinə əsasən, dövlət sosial sığorta şəhadətnaməsi olmayan şəxslərlə mülki-hüquqi xarakterli müqavilə bağladıqda, bir ay müddətində həmin şəxsə sosial sığorta şəhadətnaməsi alınması üçün müraciət olunmalıdır. Bu səbəbdən də, vergi ödəyiciləri VÖEN-i olmayan şəxslərlə xidmət müqaviləsi bağladıqda sosial sığorta şəhadətnaməsi tələb etməlidir, əgər vətəndaş sosial sığorta şəhadətnaməsini heç vaxt əldə etməyibsə, bu zaman kartın alınması üçün Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumlarına müraciət olunmalıdır.
Vergi Məcəlləsinin “Ödəmələr haqqında məlumatın verilməsi” adlı 73-cü maddəsinə əsasən, vergi ödəyicisi görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödədiyi üçün qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər barədə vergi orqanına məlumat verməlidir. Məlumatın hansı formada verilməsi ilə bağlı hər hansı standart forma (bəyannamə, arayış və s.) olmadığı üçün, vergi ödəyicisi sərbəst formada məlumat verə bilər.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər