Cari vergi ödəmələrinin digər iki metodunun hesablanma qaydasının misallarla izahı

Cari vergi ödəmələrinin digər iki metodunun hesablanma qaydasının misallarla izahı

“Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Gəlir və ya mənfəət vergisi ödəyiciləri illik bəyannamə təqdim etdikləri üçün rüblük ödəmələr və hesabatlıq üçün cari vergi ödəmələri haqqında məlumat verməli və müvafiq olaraq hesabat təqdim etməlidir. Bu səbəbdən də, gəlir və mənfəət vergisi ödəyiciləri hər rübdən sonrakı ayın 15-dən gec olmayaraq «Cari vergi ödəmələrinin hesablanması haqqında» Arayış təqdim etməli və cari ödəmələri həyata keçirməlidirlər. Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən, cari vergi ödəmələrinin hesablanmasının 3 halı var:
1. Cari vergi ödəməsinin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil etməlidir;
2. Cari vergi ödəməsinin məbləği bu rübdəki gəlirinin həcminin keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir;
3. Əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla Vergi Məcəlləsi ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır.
İndi isə ilk 2 variantda cari vergi ödəmələrinin hesablanması qaydasını misalla izah edək.
Birinci hal. Tutaq ki, vergi ödəyicisinin mənfəət vergisi 2018-ci ildə 20 000 manat təşkil edib. Bu zaman vergi ödəyicisi 1-ci halı seçdiyi halda 2019-cu ilin hər rübü ərzində 5 000 (20 000/4) manat məbləğində cari vergi ödəməsini həyata keçirməyi öz öhdəsinə götürür. Vergi ödəyicisinin 2019-cu il illik gəlir və ya mənfəət vergisi bəyannaməsi təqdim edilən zaman məlum olur ki, illik gəlir və ya mənfəət vergisi 22 300 manat təşkil edib. Bu zaman vergi ödəyicisi artıq 2 300 manat (22 300-20 000) ödəniş həyata keçirməlidir.
İkinci hal. Fərz edək ki, “A” MMC-nin 2019-cu ilin 1-ci rübündə dövriyyəsi 30 000 manat, 2018-ci il ərzində təşkilatın ümumi gəliri isə 180 000 manat olub. Gəlirdən çıxılan xərclər 60 000 manat olduğu üçün mənfəət vergisi 24 000 manat ((180 000 - 60000) x 20 faiz) olub. Deməli, verginin gəlirlərdə xüsüsi çəki əmsalı 0.13-dür (24 000 / 180 000). Bu zaman I rüb üzrΩ cari vergi ödəməsi 3 900 manat (30 000 (I rüb üzrə dövriyyə) x 0.13 (əmsal) olacaq.
Vergi ödəyicisinin birinci və ya ikinci metodu seçməsinə gəlincə isə, bu, təşkilatın metodu seçdiyi dövrə olan vəziyyətindən asılıdır. Əgər müəssisənin cari ildə mənfəətinin artması ehtimalı varsa, o zaman birinci metod seçilməsi daha məqsədəuyğundur. Müəssisənin fəaliyyətində zəifləmə proqnozlaşdırılırsa, o zaman ikinci metodu seçməyi tövsiyə edərdik.

 

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

 

0 Komment

    Şərh yazın

    Xəbərlər