Altay Cəfərovdan bəzi qurumların gəlir vergisini necə hesablanmasına dair VACİB AÇIQLAMA

Altay Cəfərovdan bəzi qurumların gəlir vergisini necə hesablanmasına dair VACİB AÇIQLAMA

 Büdcədən maliyyə alan bələdiyyələr, QHT-lər və kommersiya qurumları gəlir vergisini hansı cədvələ uyğun hesablamalıdır? 

Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli, neft-qaz sahəsində fəaliyyətin  və  qeyri-dövlət sektorunun meyarlarının təsdiq edilməsi ilə qərarı ilə bağlı mks.az saytının eksperti, Auditorlar Palatasının Şura üzvü Atay Cəfərovun geniş açıqalamasını təqdim etmişdik.

Son vaxtlarda meyarlarla bağlı bəzi sualların meydana çıxması bu mövzuya qayıtmağa vadar etdi. Altay Cəfərovun meyarların qəbulundan sonra yaranmış konkret suallara cavab verən açıqlamasını oxuculara təqdim edirik: 

  • Bələdiyyələr qeyri-dövlət sektoruna aiddirmi?
  • QHT-lər qeyri-dövlət sektoruna aiddirmi?
  • Büdcə təşkilatlarının sifarişlərini yerinə yetirən kommersiya qurumları qeyri-dövlət sektoruna aiddirmi?

Birinci suala cavab tapmaq üçün bələdiyyələrin statusunu müəyyən edən və fəaliyyətini tənzimləyən müvafiq qanunvericilik aktlarına nəzər yetirmək lazımdır. Normativ-hüuqi aktların tələblərinə görə, bələdiyyələr yerli özünü idarəetmə formasıdır (qurumudur), özünəməxsus hüquqi statusa malikdir. Bələdiyyələr dövlət qurumları deyil. Amma yenə də sual meydana çıxır ki, bələdiyyələr dövlət büdcəsindən dotasiyalar alır və belə olan halda bunu dövlət büdcəsindən maliyyələşmə kimi qəbul etmək olarmı? Bu sualın müsbət cavabı o anlama gəlir ki, bələdiyyələr meyarlara uyğun sayılır və Vergi Məcəlləsinin 101-ci maddənin 1-ci cədvəlini tətbiq etməlidirlər. Ona görə ki, qərarda neft-qaz fəaliyyəti, sektoru üçün gəlirlərdə, daxilolmalarda tədbiq olunan nisbətlər, faizlər bu hissədə tətbiq edilmir. Ola bilər ki, bələdiyyələrin digər gəlirləri çox böyük paya malik olsun, büdcədən maliyyələşmə (dotasiyalar) azlıq təşkil etsin, amma yenə də bu yanaşma ilə bələdiyyənin dövlət sektoru kimi sayılması iddia oluna bilər.

Hesab edirik ki, bələdiyyələrin aldığı dotasiyaları büdcədən maliyyələşmə kimi qiymətləndirmək düzgün olmazdı. Hər hansı bir iqtisadi subyekt yaradılanda, təşkil olunanda ilkin məqsəd onun əmlakının formalaşdırılması, gəlirlərin əldə olunması və nəticə etibarı ilə maliyyələşmə mənbələrinin müəyyənləşdirilməsidir. Bələdiyyələrin isə maliyyə mənbələri çoxşaxəlidir və onun əsas gəlirləri dövlət büdcəsindən dotasiya deyil. Yerli özünüidarəetmə orqanlarının əsas gəlirləri yerli vergilər və ödənişlər hesabına formalaşır. Dotasiyalar bələdiyyə büdcəsinin xərclərinin müəyyən hissəsinin qarşılanması, kəsirin bağlanması üçün dövlət büdcəsindən ayrılan vəsaitdir. Bundan əlavə, bələdiyyələr illik olaraq kəsirlərinin bağlanması üçün konkret smeta təqdim etmirlər. Bu da o deməkdir ki, dolayısı ilə maliyyələşmə əvvəlcədən planlaşdırılmayıb və məqsədyönlü deyil. Ona görə də düşünürəm ki, bələdiyyələrdə gəlir vergisini hesablanması zamanı 101.1-1.-ci maddənin 2-ci cədvəli tətbiq edilməlidir, yəni 8000 manar güzətdən istifadə olunmalıdır.

  1. Qeyri-hökumət təşkilatları haqqında qanunvericilikdə qeyri-hökumət təşkilatlarının iki formada - ictimai birliklər və fondlar şəklində - iqtisadi subyekt kimi təşkil olunduğu yazılıb. Hər iki qurumun gəlirlərinin, əmlakının, maliyyələşməsinin mənbələri əsasən ianələrdən, qrantlardan, üzvlük haqlarından, həmçinin kommersiya fəaliyyətindən və s. formalaşa bilər. Göründüyü kimi qurumun nizamnaməsində maliyyələşmənin mənbələri kimi konkret dövlət qurumlarının ayırmaları, büdcə vəsaitləri (dolayısı və ya birbaşa) əks olunmur. Bəzən suallar verilir ki, çoxlu QHT-lər var ki, onlar dövlət qurumlarından qrantlar alırlar, bəs, onların aqibəti necə olmalıdır? Burda bir məqam da var ki, QHT-lər hər hansı xarici və ya yerli donorlardan da qrantlar ala bilərlər. Bundan əlavə, qeyd olunduğu kimi QHT-lərin gəlirləri təkcə qrantlardan yox, digər mənbələrdən və hətta kommersiya fəaliyyətindən də ola bilər. Onu da qeyd edək ki, QHT-nin yaradılmasının məqsədi təkcə qrantdan gəlirlərin əldə olunması deyil.

Büdcə qurumlarının nizamnamə və ya əsasnamələrində kommersiya fəaliyyətindən gəlirlərin əldə olunması  kimi müddəalər öz əksini tapıb.Bir çox büdcə təşkilatları var ki, onlar kommersiya fəaliyyətindən müəyyən gəlirlər əldə edirlər. Bu məsələdə payların 51 faizlik hissəsi və büdcə təşkilatının yaradılması zamanı onun maliyyələşməsinin büdcədən olması faktoru əsas rol oynayır.

Ona görə də QHT-lər 101.1-1.-ci maddənin 2-ci cədvəlini tətbiq etməlidirlər.

  1. Bu sualda qoyulan məsələ çox maraqlıdır. Xeyli kommersiya qurumları var ki, onlar podratçı kimi dövlət qurumlarının, büdcə təşkilatlarının sifarişlərini yerinə yetirirlər. Misal üçün, AA MMC icraçı kimi  SS MMC-nin 300.000 manatlıq, büdcə təşkilatının isə 200.000 manatlıq sifarişlərini yerinə yetirib. Bu zaman AA MMC-yə meyarlara görə hansı (dövlət, yoxsa qeyri-dövlət) yanaşma tətbiq olunmalıdır? Bəziləri iddia edir ki,  bu halda AA MMC büdcədən maliyyələşən qurum hesab olunmalıdır və ona 8000 manat güzəşt tətbiq edilməməlidir. Mən belə düşünmürəm. Niyə? AA  MMC kommersiya qurumudur və yardılanda, ümumiyyətlə büdcədən maliyyələşmə anlayışı olmamışdır. Həmçinin, büdcədən maliyyələşmək üçün hər hansı bir illik xərclər smetası büdcə qurumlarına təqdim edilməmişdir. Aldığı 200.000 manat isə digər qurumlardan əldə etdiyi  kimi kommersiya fəaliyyətindən gəlirlərdir.

Hesab edirəm ki, meyarların düzgün tətbiqində başlıca məsələ maliyyələşmə anlayısıdır. Büdcədən maliyyələşmə dedikdə, gəlir yox, maliyyələşən qurumun saxlanması xərclərinin örtülməsi nəzərdə tutulur. Və qurumun əsas məqsədi kommerisya fəaliyyətindən gəlirlərin əldə olunması deyil. Qurum saxlanması üçün müvafiq xərclərin maliyyələşməsini büdcə hesabına həyata keçirir. Belə olan halda, dövlət vəsaitini büdcədən maliyyələşmə kimi qəbul etmək olar. Amma bələdiyyələrin əldə etdiyi dotasiyaların, QHT-lərin udduğu qrantların və büdcə təşkilatlarının sifarişlərini yerinə yetirən kommersiya qurumlarının gəlirlərinin büdcədən maliyyələşmə kimi qəbul olunması düzgün deyil.

Ona görə də hesab  edirəm ki, yuxarıdakı qurumlar muzdlu işlə bağlı ödəmə mənbəyindən vergi hesablayarkən, Vergi Məcəlləsiin 101.1-1-ci maddəsinin 2-ci cədvəlini tətbiq etməlidirlər.

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər