Sosial hesabatlardakı BOŞLUĞun yaratdığı BORC problemi (ARAŞDIRMA YAZI)

Sosial hesabatlardakı BOŞLUĞun yaratdığı BORC problemi (ARAŞDIRMA YAZI)

Vergi orqanları şəxsi vərəqə ilə bağlı yaranan boşluğun nəticəsi olaraq vergi ödəyicilərinə borca görə faiz hesablayır və borc bildirişi göndərir

Xəbər verdiyimiz kimi, 2018-ci ilin 4-cü rübündən etibarən sosial hesabatlar vergi orqanlarına təqdim edilir. Vergilər Nazirliyi bununla bağlı yeni hesabat forması yaratdığı üçün vergi ödəyiciləri də həmin formadan istifadə edərək öz hesabatlarını təqdim edirlər.
Mks.az saytının araşdırması zamanı məlum olub ki, vergi ödəyicilərinin sosial hesabatlarının təqdim olunması və ödənişlərin şəxsi vərəqədə qeyd olunması ilə bağlı ciddi problem yaranıb.
Vergi ödəyiciləri 2018-ci ilin 4-cü rüb üzrə hesabatı təqdim etdiyi zamanı, həmin rüb ərzində olan ödənişlər hesabatlara əlavə edildiyi üçün şəxsi vərəqəyə işlənir. Əgər vergi ödəyici 2018-ci ilin 4-cü rübü üzrə hesabladığı borcu 2019-cu ilin yanvar ayında ödəyibsə, artıq bu zaman vəziyyət mürəkkəbləşir. Cünki həmin ödənişi 2018-ci ilin 4-cü rübü üzrə hesabata əlavə etmək mümkün olmadığından, bu məbləğ şəxsi vərəqədə görünmür. Həmin məbləğ şəxsi vərəqə işlənilmədiyindən “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” hissəsinə qeyd edilir. Nəticədə proqram şəxsi vərəqədə yaranan borca görə faiz hesablamağa başlayır və borcun ödənilməsi barədə bildiriş göndərir.

Fikrimizi misalla izah edək: Fiziki şəxs Əliyev Sabir sahibkarlıq fəaliyyətinə görə 2018-ci ilin 4-cü rübü üzrə hər ay 26 (130 manat x 20 faiz) manat məbləğində məcburi dövlət sosial sığorta ayırması etməlidir. Dekabr ayı üzrə ödənişi növbəti ayın 15-dək ödəməli olduğu üçün, 26 manatlıq ödənişi 13 yanvar 2019-cu il tarixdə həyata keçirib. Təbii ki, 2018-ci ilin 4-cü rübü üzrə hesabatların təqdim edilməsi zamanı 13 yanvar 2019-cu il tarixdə ödənilən 26 manatlıq ödənişi hesabata əlavə etmək mümkün olmayacaq. Həmin tarixdəki 26 manatlıq ödəniş şəxsi hesaba işlənilmədiyindən, vergi proqramı artıq vergi ödəyicisinin 26 manat borcunu olduğunu qəbul edərək ona borc bildirişi göndərəcək.

Vergi orqanlarının əməkdaşları təklif edirlər ki, bu halda həmin ödənişin şəxsi vərəqədə qeyd olunması üçün 2019-cu ilin 1-ci rübü üzrə hesabatın təqdim olunmasını gözləməsinlər. Vergi ödəyiciləri borc bildirişinə cavab olaraq, həmin ödəniş qəbzini təqdim etməklə şəxsi vərəqəyə işlənilməsinə nail olsunlar. Təbii ki, bu da bir çıxış yoludur. Amma vergi orqanları proqram təminatına belə formula daxil edə bilərlər ki, şəxsi vərəqədəki borc məbləği “Sosial üzrə bölüşdürülməmiş ödənişlər”də olan məbləğdən kiçikdirsə, o zaman faiz hesablanması və borc bildirişi göndərilməsinə ehtiyac yaranmasın.
İnanırıq ki, vergi orqanları bu məsələyə operativ reaksiya verəcək, haqsız olaraq vergi borcuna faiz hesablanması və borc bildirişlərinin göndərilməsi prosesinin dayandırılmasını təmin edəcəklər.

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı SATIŞDA

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 

1 Komment

  1. MIKAYL 05 Mart 2019

    ONUDA DEYIMKI YENI ILDEN MIKRO SAHIBKARLAR EMEK VERGISI ODEYIGISI DEYIL..AMA 2018 ILIN HESABATIN GONDERDIKDEN SONRA BU IL UCUN ARTIQ VEREQEDA EMELK CARI BORCU YAZIR.VE BORC YARANIR..VERGI-DSMF UZREDE ODENIS VE BOLGUNU SISTEMDA DUZ APARMIR..

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər