Mks.az saytının daha bir yanaşması rəsmi təsdiqini tapdı

Mks.az saytının daha bir yanaşması rəsmi təsdiqini tapdı

Vergi Məcəlləsində edilən son dəyikliklərdən sonra ən çox müzakirə olunan məsələlərdən birinə də rəsmi şəkildə aydınlıq gətirilib. Son günlərdə əksər ekspertlər sosial şəbəkələrdə və iqtisadi təmayüllü saytlarda sadələşdirilmiş vergi ödəyicisi olan pərakəndə satış və ictimai iaşə fəaliyyəti ilə bağlı qeyri-müəyyən vəziyyətin olduğunu iddia edir, məsələnin dəqiqləşdirilməsinin vacibliyini vurğulayırdılar.
Məsələyə münasibət bildirən mks.az saytının eksperti Qalib Toğrul ictimai iaşə müəssisələrinin digər vergi ödəyicisinə xidmət göstərdiyi halda sadələşdirilmiş vergi hüququnu itirməsi ilə bağlı səslənən fikirlərin müəlliflərinə öz iradını bildirmişdi: “Vergi Məcəlləsində sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun qazanılması və bu hüququn itirilməsilə bağlı şərtlər, tələblər kifayət qədər aydın təsbit olunub. Son dəyişikliklərdən sonra sadələşdriilmiş vergininin qəlizləşdirilməsi ilə bağlı səsləndirilən fikirlər reallığı əks etdirmir, əksinə belə iddialar vergi ödəyiciləri arasında çaşqınlıq yaradır. Qüvvədə olan Vergi Məcəlləsinin tələblərinə görə, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan az olan ictimai iaşə fəaliyyəti göstərən sahibkarlıq subyektləri sadələşdirilmiş vergi ödəyiciləridir və onlar ümumi hasilatlarından 2 faiz vergi ödəyirlər. Əgər 200 minlik tələbi aşarlarsa, o halda ictimai iaşə isə sadələşdirilmiş vergini 8 faizlə ödəməyə başlayır. Əhaliyə xidmət göstərən restoran və ya kafe hansısa vergi ödəyicisinin sifarişi əsasında, tutaq ki, onlar üçün yeni il şənliyi düzənləyə və bunun müqabilində elektron qaimə-faktura təqdim edə bilər. Bu halda sadələşdirilmiş vergi ödəyicisi olan ictimai iaşə xidməti göstərən sahibkarlıq subyekt mövcud şərtlər daxilində sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirmir.”
Vergilər Nazirliyi bugünki açıqlaması ilə mks.az saytının eksperti Qalib Toğrulun fikirlərinin doğru olduğunu təsdiqləyib. İlqar Abbasov adlı vergi ödəyicisi bu məsələ ilə bağlı Vergilər Nazirliyinə sual ünvanlayıb: “Bilmək istərdim ki, 2019-cu ildə ictimai iaşə xidməti göstərən hüquqi şəxs digər vergi ödəyicilərinə xidmət göstərirsə, hansı verginin ödəyicisi olmalıdır?”.
Vergi orqanının suala cavabında ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi hüququnun məhdudlaşdırılmadığı bildirilib: “Belə ki, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən həmin şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. Eyni zamanda, Vergi Məcəlləsinin məqsədləri üçün ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir.”
Cavabdan göründüyü kimi, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər digər vergi ödəyicisinə elektron qaimə-faktura göndərdikdə, sadələşdirilmiş vergi ödəyicisi hüququnu İTİRMİR. 

Qeyd edək ki, mks.az-ın pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxsin elektron qaimə-faktura ilə mal satışı satdıqda halında da sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirmədiyini Vergilər Nazirliyi də təsdiq etmişdi.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər