Əhaliyə və vergi ödəyicilərinə xidmətin uçotunu ayrılıqda aparmaq olar?

Əhaliyə və vergi ödəyicilərinə xidmətin uçotunu ayrılıqda aparmaq olar?

Mks.az saytının ekspertləri Vergilər Nazirliyinin qərarına aydınlıq gətirir

Mks.az saytı əsas fəaliyyəti istehlakçılara xidmət olan fiziki və hüquqi şəxslərin vergi ödəyicisilərinə xidmət göstərəcəyi halda sadələşdirilmiş vergi hüququnu itirməsi məsələsinə aydınlıq gətirib. Saytın bu məsələ ilə bağlı rəsmi sorğusuna Vergilər Nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri cənab Sahir Məmmədxanovun imzaladığı 11 yanvar 2019-cu il tarixli cavab məktubu ilə aydınlıq gətirilib: “... Vergi orqanlarında qeydiyyatda olmayan şəxslərlə yanaşı, hüquqi şəxslərə də xidmət göstərən şəxsin sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmadığından həmin şəxs gəlir (mənfəət) vergisinin ödəyicisi hesab edilir."

Bu açıqlamadan sonra saytımıza daxil olan suallarda Vergi Məcəlləsində iki fəaliyyət üzrə uçotun ayrılıqda aparılması praktikası mövcud olduğu halda vergi ödəyicilərinin niyə əhaliyə və vergi ödəyicisinə xidmət göstərdiyi hallarda müvafiq olaraq sadələşdirilmiş və gəlir (mənfəət) vergi sistemini tətbiq etmək huququna malik olmaması soruşulur.
Qeyd edək ki, oxucular 2 fəaliyyət üzrə uçotun mümkün olması dedikdə, Vergi Məcəlləsinin 221.7-ci maddəsini nəzərdə tuturlar. Sualı cavablandırmaq üçün əvvəlcə maddəni nəzərdən keçirək:
“221.7. Əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu Məcəllənin 218.1-ci, 218.2-ci və 218.3-cü maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər”.

Mks.az saytının ekspertlərinin fikrincə, Vergi Məcəlləsinin “Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir” adlı 99-cu maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslərin fəaliyyəti qeyri-sahibkarlıq fəaliyyətinə aid edildiyindən Vergi Məcəlləsi icazə verir ki, sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəlirlərin uçotu ayrıca həyata keçirilsin.

Mks.az hesab edir ki, xidmət sferasinda çalışan vergi ödəyicisinin həm əhaliyə, həm də vergi ödəyicisinə göstərdiyi xidmətlər hər iki halda sahibkarlıq fəaliyyətinə aid edildiyindən 2 fərqli uçotun aparılmasına icazə verilməsi məqsədəuyğun hesab edilmir. Digər fərq ondan ibarətdir ki, burada iki müxtəlif fəaliyyət növündən deyil, eyni fəaliyyətin müxtəlif qruplara - əhaliyə və vergi ödəyicilərinə göstərilməsindən gedir ki, bunlar da fərqli anlayışlardır.

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər