Əhaliyə xidmət göstərən sahibkar digər vergi ödəyicisinə xidmət göstərərsə... (RƏSMİ CAVAB)

Əhaliyə xidmət göstərən sahibkar digər vergi ödəyicisinə xidmət göstərərsə... (RƏSMİ CAVAB)

mks.az saytı olaraq Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərlə bağlı həmkarlarımızı maarifləndirməyə davam edirik. Saytımız 20 dekabr 2018-ci ildə əmək haqqından güzəştlə bağlı Vergilər Nazirliyinə aşağıdakı sualı unvanlandırıb:

Vergi Məcəlləsində nəzərdə tutulan son dəyişikliklərdən sonra sadələşdirilmiş verginin tətbiqi sahələri daraldılıb. Bir çox istisnaları nəzərə almaqla, xidmət sferasında əsasən vergi ödəyicisi olmayanlara xidmət göstərənlər bu imkandan faydalana biləcəklər. Sualımız belədir: Tutaq ki, fiziki şəxs vergi ödəyicisinin əsas fəaliyyəti istehlakçılara xidmət göstərməkdir. Ancaq rüb ərzində 1-2 şirkətə də xidmət göstərib. Bu zaman həmin xidmətləri göstərən fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyətini davam etdirə bilərmi, yoxsa mütləq gəlir vergisi ödəyicisi olmalıdır? Burada vergi ödəyicisinin əsas fəaliyyətinin müəyyənləşdirilməsi üçün ümumi gəlirdə fəaliyyətlərin xüsusi çəkisi anlayışı tətbiq olunacaq, yoxsa başqa meyarlar tətbiq ediləcək?

Vergilər Nazirinin birinci dərəcəli müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri cənab Sahir Məmmədxanovun imzaladığı 11 yanvar 2019-cu il tarili məktubu ilə suala aydınlıq gətirib:

"Bildiririk ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. 

Buna əsasən, vergi orqanlarında qeydiyyatda olmayan şəxslərlə yanaşı, hüquqi şəxslərə də xidmət göstərən şəxsin sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmadığından həmin şəxs gəlir (mənfəət) vergisinin ödəyicisi hesab edilir."

Cavabdan göründüyü kimi, xidmət fəaliyyəti ilə məşğul olan ... bir əməkdaşlığı vergi ödəyicisi olması onun  sadələşdirilmiş vergi huququ itirməsinə səbəb olur.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

 

1 Komment

  1. kamil 24 Yanvar 2019

    bunun huquqi izahin vermirler.sadeca ozlerine neca serf edir elada yazirlar.vergi her zaman bela olub.bir defa butun icare obyektlerine kameral yazdilar.guya seherdaa saheler uzre icare haqqi yuksek olmalidir . 1 ay ucun sonra yeniden kohne qayda qaldi ve olub butun iscilera az emek haqqi ucun kameral yaziblar.buda 1 ay kecib sonra hek kimle iwleri olmadi,ve cox muesalara kameral odenis mecbur edib aldilar,ama ela huquqsunas oldu mehkema yolu ile qalib geldi ve vergi onun iscilerine yazmis kameral vergini lexv etdi...yani vergi emekdaslari suallari oz vergi mecelesine gore cavab verir.ona gore olkeda azad huquqsunas ve iqtisadcilar olmalidirki onlarinda sozleri kecarli olsun..

Şərh yazın

Xəbərlər