Natiq Şirinov sadələşdirilmiş vergi sistemi üzrə məhdudiyyətlər qoyulmasının səbəbini açıqladı

Natiq Şirinov sadələşdirilmiş vergi sistemi üzrə məhdudiyyətlər qoyulmasının səbəbini açıqladı

Vergilər Nazirliyinin iqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov sadələşdirilmiş vergi ödəyicilərinə tətbiq edilən məhdudiyyətlərə aydınlıq gətirib: "Əvvəla qeyd edim ki, iqtisadiyyatımızın yeni formalaşan dövrdə sadələşdirilmiş vergi sisteminin geniş tətbiqinə ehtiyac var idi. Bu sistemin tətbiqin məqsəd minimal vergi öhdəliyi müəyyən etməklə sahibkarlar inkişafına təkan vermək idi. Təəssüf ki, illər üzrə təhlilərimiz göstərdi ki, bəzi sahibkarlıq subyektləri sadələşdirilmiş vergidən nəinki yaranmaq eyni zamanda vergi yayınmaq üsülu kimi baxırlar. İqtisadiyyatımızın inkişaf tempini nəzərə almaqla, Vergi Məcəlləsinə dəyişiklik edilərək bir sıra sadələşidirlmiş vergi tətbiq edilənlərin əhatə dairəsinə məhdudiyyətlər qoyuldu. Məsələn, lisenziya fəaliyyəti növü xüsusi icazə tələb edən fəaliyyət olduğu üçün sadələşdirilmiş vergi ödəyicisi olmaq huquqlarına məhdudiyyət tətbiq edildi. Digər misal kimi, 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi sistemini tətbiq edən pərakəndə ticarət fəaliyyətini göstərmək olar. Bir necə əvvəl sadələşdirilmiş vergi sistemi pərakəndə ticarət həyata keçirən fəaliyyətə tətbiqinin səbəbi o idi ki, sahibkarlar şikayət edirdi ki, malların alınması sənədləşmələrdə problemlər yaşayırlar. Amma bildiyiniz kimi, gömrük sistemində aparılan islahatların nəticəsi olaraq, idxal əməliyyatları tam şəffaf prosses həyata keçirilir. Bundan əlavə, ölkə daxili elektron qaimə-fakturaların tətbiqi və elektron qaimə faktura tətbqi etməyənlərə maliyyə sanksiyalarının müəyyən olunması  həyata keçirilib.  Artıq sənədləşmə zəncirinin qurulmasının nəticəsi olaraq,  12 aylıq dövriyyəsi 200 000 manatdan yuxarı olan pərakəndə ticarət üçün 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi sisteminin tətbiqinə lüzum qalmır.”

Mənbə: "AzTV-nin “Günün nəbzi” proqramı"

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər