Natıq Şirinov: "Gəlir vergisi üzrə güzəştlər əmək haqqı artımına xidmət etmir"

Natıq Şirinov: "Gəlir vergisi üzrə güzəştlər əmək haqqı artımına xidmət etmir"

Vergilər Nazirliyinin iqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov əmək haqqının gəlir vergisi üzrə aparılan güzəşt siyasəti ilə bağlı maraqlı faktlar açıqlayıb: “Respublikamız üzrə məşğul əhalinin 1/3-i əmək müqaviləsi üzrə çalışır. Əmək ödənişləri kimi əldə edilən gəlirlər əhalinin məcmu pul gəlirlərinin 1/4-dən azdır. Bir tərəfdən qeyri-rəsmi məşğulluq və uçotdan yayınmalar var ki, bu da yekunda vergidən yayınmalara səbəb olur. Dövlət 8000 manata qədər əmək haqqı üzrə gəlir vergisinin 7 il müddətinə azad etməklə, gəlir vergisi olaraq dövlət büdcəsinə toplanın cəmi məbləğin 1/3-i sahibkara qaytarılmasını təmin etdi ki, iş yerlərinin ağadırılmasında həvəsli olsun. Hesablamalar nəticəsində güzəşt məbləği və dərəcələr elə müəyyən edildi ki, həm işəgötürən həm də işçi iş yerlərinin leqallaşdırılmasında maraqlı olsun.”
Gəlir vergisi üzrə güzəştlərin niyə dövlət və neft-qaz şirkətlərinə şamil olunmamasına gəlincə isə, Natıq müəllim bu məsələyə də aydınlıq gətirib: “Əslində burda qeyri-neft sektoru olan özəl bölmələrdə çalışanların  əmək haqqlarının artırımasından söhbət getmir. Sadəcə olaraq, qeyri-rəsmi olaraq verilən əmək haqqıların leqallaşdırılması həyata keçiriləcək. Bu tip əmək haqqı ödənişləri rəsmi verilsin ki, işçilərin gələcək pensiya təminatı yaxşılaşdırılsın. Əmək haqqların kart sistemi verilməsi prossesinə banklar da cəlb olunduğundan nağdsız dövriyyənin payı da artmağa başlayacaq. Əmək haqqıların ağarması məcburi dövlət sosial ayırmalar üzrə yığımın həcmi də artacaq. Bunun nəticəsi olaraq, gələcəkdə dövlət büdcəsindən Dövlət Sosial Müdafiə fonduna transferlərin də məbləği azalacaq. Birmənalı olaraq demək olar ki, gəlir vergisinin azalmasına baxmayaraq, məcburi dövlət sosial ayırmaların artması nəticəsində dövlət büdcəsinin yükü də azaldılacaq.”

Mənbə: "AzTV-nin “Günün nəbzi” proqramı"

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər