Vergilər Nazirliyindən məzuniyyətə görə kompensasiyanın gəlir vergisi ilə bağlı RƏSMİ MƏKTUB

Vergilər Nazirliyindən məzuniyyətə görə kompensasiyanın gəlir vergisi ilə bağlı RƏSMİ MƏKTUB

Mks.az saytı vergi ödəyicilərinin daha bir qaranlıq məsələsinə aydınlıq gətirdi

mks.az saytı olaraq Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərlə bağlı həmkarlarımızı maarifləndirməyə davam edirik. Saytımız 20 dekabr 2018-ci ildə əmək haqqından güzəştlə bağlı Vergilər Nazirliyinə aşağıdakı sualı unvanlandırıb:

Sual: Tutaq ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicinin işçisi 2019-cu ilin fevral ayında həm əmək məzuniyyəti hüququndan, həm də istifadə olunmamış məzuniyyət hüququndan istifadə etmək istəyir. İşçinin fevral ayında işlənilmiş günlərə görə əmək haqqı 300 manat, fevral ayı üzrə əmək məzuniyyəti haqqı 200 manat, istifadə edilməmiş məzuniyyətə görə isə 600 manat təşkil edir.

Vergi Məcəlləsində işçiyə başa çatmış iş ilinin istifadə olunmamış məzuniyyət günlərinə görə ödənilən kompensasiyadan və işçinin işdən çıxdığı ayın əmək haqqından tutulan gəlir vergiləri fərqləndirilir.

Xahiş edirik, aydınlıq gətirəsiniz: İşçiyə hesablanmış yekun məbləğ – 1 100 (300+200+600) manat yeni qaydaya uyğun olaraq gəlir vergisindən azaddır, yoxsa istifadə edilməmiş məzuniyyət məbləğindən 2018-ci il üzrə qüvvədə olan qaydaya görə gəlir vergisi tutulmalıdır?

Vergilər Nazirinin birinci dərəcəli müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri cənab Sahir Məmmədxanovun imzaladığı 11 yanvar 2019-cu il tarili məktubu ilə suala aydınlıq gətirib:

"Bildiririk ki, fiziki şəxsin iş yerindən əldə etdiyi əmək haqqı, bu işdən alınan hər hansı ödəmə vəya fayda, o cümlədən, istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilir. 

Eyni zamanda işəgötürən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları hər il üzrə hesablanmaqla həmin ildə (illərdə) qüvvədə olmuş vergi qanunvericiliyinə uyğun olaraq gəlir vergisinə cəlb edilir."

Mks.az saytı olaraq,  Vergilər Nazirliyinə dolğun cavaba görə təşəkkür edir, vergi ödəyicilərinin maarifləndirilməsi yolundakı yorulmaz fəaliyyətinizdə uğurlar diləyir, əməkdaşlığımızın davamlı və səmərəli olmasını arzu edirik.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

3 Komment

  1. Nailə 18 Yanvar 2019

    xərclərə əsas vəsaitin alınması üçün ödənilmiş vəsait daxil edilir?

  2. Aygün 21 Yanvar 2019

    SALAM ZƏHMƏT OLMASA DEYƏRDİNİZ işəgötürən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə 2019-cu ildə kompensasiya ödənilərkən əvvəlki tam iş illərinin kompensasiya haqları hər il üzrə hesablanmaqla həmin ildə (illərdə) qüvvədə olmuş vergi qanunvericiliyinə uyğun olaraq gəlir vergisinə cəlb edilir."-YƏNİ HƏR İLƏ GÖRƏ MƏBLƏĞDƏN 14% VERGİ TUTURUQ. BƏS BELƏ OLAN HALDA SOSİAL MÜDAFİƏ FONDUNA hesablanmış kompensasiyadan 3% YOXSA 10% TUTMALAIYIQ?

  3. kamil 24 Yanvar 2019

    doxurdan cox gulmelidir.neca yani kohne illera gore hesablanmalidir.belka 10 il evelin kompensasiyasin verir.o zaman hardan tapsin 10 il evelin vergi mecelesin,,bu doxurdan duz sayilmir..bunu yaxsi savadli huquqsunas deya biler.men bilen yeni qanun quveya minirse kohne qanun artiq quveden duwur.yok bir kohne vergi mecelsi ile hesabla..)) ama men neca il evel bu suali vergiye verdim,onda soyledirlerki yeni vergi mecelesi ile her il hesablanir.gunki o zaman daha yuksek idi vergi..

Şərh yazın

Xəbərlər