Xidmət müqaviləsi ilə çalışanların sadələşdirilmiş yoxsa gəlir(mənfəət) vergisi olması ilə bağlı 3 əsas sualın cavabı

Xidmət müqaviləsi ilə çalışanların sadələşdirilmiş yoxsa gəlir(mənfəət) vergisi olması ilə bağlı 3 əsas sualın cavabı

Məlumat verdiyimiz kimi, 01 yanvar 2019-cu il tarixindən vergi ödəyicilərinə xidmət göstərən, illik dövriyyəsi 200 min manatdan aşağı olan fiziki və hüquqi şəxslər artıq sadələşdirilmiş vergi ödəyici ola bilməyəcəklər, müvafiq olaraq  gəlir və mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, mikro sahibkarlıq subyekti olan belə fərdi sahibkar və  hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən gəlirlərinə 75 faiz güzəşt tətbiq olunacaq. Hal-hazırda xidmət sahəsində fəaliyyət göstərən şəxslərin hansı halda sadələşdirilmiş vergi ödəyicisi olmağı ilə bağlı sualları yaranıb. Cavablandırılmasına ehtiyac duyulan məsələləri 3 cür qruplaşdırmaq olar:

1)  Xidmət sferasında çalışan sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxsin əsas fəaliyyəti əhaliyə xidmətdir. Rüb ərzində az sayda VÖEN-li fiziki vəya  hüquqi şəxsə xidmət edir. Bu zaman xidmət sferasında çalışan vergi ödəyicisi 01 yanvar 2019-cu ildən sadələşdirilmiş yoxsa gəlir vergisi ödəyicisi olacaq?

2) Xidmət etdiyimiz şəxslər sahibkar yox dövlət təşkilatı olarsa, 01 yanvar 2019-cu ildən vergi ödəyicisi sadələşdirilmiş yoxsa gəlir vergisi ödəyicisi olacaq?

3) Xidmət göstərdiyi hüquqi şəxs vergi ödəyicisi olaraq Azərbaycanda yox xaricdə qeydiyyata alınıbsa, 01 yanvar 2019-cu ildən vergi ödəyicisi sadələşdirilmiş yoxsa gəlir vergisi ödəyicisi olacaq?

İlk sualı Vergilər Nazirliyinin rəsmiləri cavablanıdırıb və haqda saytimizda geniş məlumat verilib. Qısa olaraq bildirmək istəyirik ki,  fiziki vəya hüquqi şəxs olan vergi ödəyicisi hətta bir dəfə başqa bir vergi ödəyicisinə xidmət göstərirsə, bu hal onun sadələşdirilmiş vergi ödəyicisi olması hüququnu məhdudlaşdırır və həmin ödəyicinin fiziki vəya hüquqi şəxs statusuna əsasən gəlir vəya mənfəət vergisi olmasının zəruri edir

İkinci və üçüncü sualı cavablandırmaq üçün Vergi Məcəlləsinə əlavə edilən maddəni nəzərdən keçirək:

218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla);

Maddədən göründüyü kimi, maddədə konkret qeyd edlib ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyici ola bilməzlər. Xidmət müqaviləsi ilə müqavilə bağlayan şəxsi fərdi sahibkar və ya mülkiyyəti (dövlət, özəl, publik və s.) və qeydiyyatından (yerli, xarici və s.) asılı olmayaraq hüquq şəxs olarsa həmin vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi ola bilməz.  Bu kateqoriyaya uyğun gələn fiziki vəya hüquqi şəxs  müvafiq olaraq gəlir və ya mənfəət vergisi olmalıdır.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı

07 yanvar 2019-cu il tarixdən SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72[email protected]

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

 

 

 

2 Komment

  1. Cavid Imanov 26 Dekabr 2018

    salam.yeni islahatlara görə VM 218.4.1 nəzərdə tutulan (mülkiyyətində və istifadəsində olan avtonəqliyyat vasitəsi ilə yükdaşımalarını həyata keçirən şəxslər) sadələşmiş vergi ödəyicisi kimi qalacaqlar yoxsa gəlir vergisi ödəyicisi olacaqlar?

  2. Cavid Imanov 26 Dekabr 2018

    salam.yeni islahatlara görə VM 218.4.1 nəzərdə tutulan (mülkiyyətində və istifadəsində olan avtonəqliyyat vasitəsi ilə yükdaşımalarını həyata keçirən şəxslər) sadələşmiş vergi ödəyicisi kimi qalacaqlar yoxsa gəlir vergisi ödəyicisi olacaqlar?

Şərh yazın

Xəbərlər