Bazar ertəsi, 24 Dekabr 2018 11:37

Mehdi Babayev: “Hələ bilmirik ki, ilin sonunda mikro olacaqsız, yoxsa olmayacaqsız...”

Bakı Hesabat Mərkəzinin direktoru, Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinin sədr müavini, tanınmış ekspert Mehdi Babayev son günlərin aktual mövzusu ilə bağlı mövqeyini açıqlayıb. Mehdi Babayev vergi məsələləri üzrə ekspert Emin Səttarovun məsələ ilə bağlı mövqeyinə hörmətlə yanaşdığını bildirsə də, fərqli mövqe nümayiş etdirib: “Sizin qeyd etdiyiniz kimi, 75 faiz güzəşti nəzərə almaqla, cari vergi ödəməsi hesablanacaqsa, bu hesablamaya vergi orqanı tərəfindən uyğunsuzluğun gəlməsi ehtimalı çoxdur. Vergi orqanı deyə bilər ki, "gəlir vergisi" və ya "mənfəət vergisi" "cari vergi ödəməsi" anlayışı ilə bir kökə bağlı olsa belə, eyni deyil, yaxud da biz hələ bilmirik ki, siz ilin sonunda mikro olacaqsız, yoxsa olmayacaqsız və sair və ilaxır. Və çoxlu əsaslı və ya yarıməsaslı yanaşmalar etməklə vergi orqanının haqlı çıxma ehtimalı çoxdur. Lakin mən yenə də sizin fikrinizi qəbul edirəm və başqalarından da əsaslandırılmış münasibət bildirmələrini gözləyirəm. Çünki, ehtiyat etmək və hazır olmaq lazımdır ki, (məsələsi bizdən iraq) qeyri-dəqiq şərhlər sonda təsərrüfat subyektlərinə problem yaratmasın”.
Mehdi müəllim öz mövqeyini misal üzərində əsaslandırıb: “Məsələn, 2019-cu ilin yanvar ayında fiziki şəxs yeni VÖEN aldı və xidmət göstərilməsi fəaliyyətinə başladı. Belə sahibkar üçün MİKRO anlayışı ilin sonu tamam olmayana qədər müəyyənləşdirilə bilməz və ilin sonuna qədər bu anlayışın təsdiqi üçün həmin sahibkar gözləməlidir. Mikro, kiçik, orta və iri sahibkar meyarlarında (hələlik layihədə) mikronun "İLLİK GƏLİRİ" 200 000 manatadək göstərilib. İLLİK dedikdə təqvim ili, yəni 31 dekabr tarixinə tamamlanan dövr başa düşülür. "Dövriyyəsi artan yekunla 200 000.00 manatı keçmirsə, həmin şəxslərə mikro sahibkarlıq subyekti" fikri "illik gəliri 200 000" ifadəsinə uyğun hesab etmək olarmı? Bu məsələdə ehtiyatlı olmaq lazımdır, deyə düşünürəm.”

Emin Səttarovun mövqeyi ilə taniş olmaq üçün link

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı

07 yanvar 2019-cu il tarixdən SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 "Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

 

Şərh yazın