İxtisarla işdən çıxma müavinətdən gəlir vergisi hesablanır?

İxtisarla işdən çıxma müavinətdən gəlir vergisi hesablanır?

Sual: Mən 2017-ci ildə ixtisarla əlaqədar işdən azad olunmuşam. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işdən azad olunan zaman həmin məcəllənin 77-ci maddəsinə uyğun ödənilən təminatlardan (Xəbərdarlıq müddəti əvəzinə 2 aylıq birdəfəlik ödəmə; 3 aylıq işdən çıxma müavinətlər) gəlir vergisi tutulmalıdır? Əgər həmin vergi tutulursa, bu hansı qanunvericilik aktına əsasən reallaşır? Qeyd etmək istəyirəm ki, AR Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə görə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə AR Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır.

Süleymanlı Yəhya Rafiq, [email protected], Xırdalan (20.07.2018)

Cavab:  Bildiririk ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir.
bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında;
bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında.
Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azad edilir.
Müvafiq olaraq işçilərin sayının və ştatların ixtisarı zamanı qeyd olunan qaydada onlara ödənilən vəsait gəlir vergisinə cəlb olunmur.
Bax: Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi, Əmək Məcəlləsinin 77-ci maddəsi.

 

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

Altay Cəfərovun müəllifi olduğu “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]
 
 
 

 

4 Komment

  1. Aygün 02 Oktyabr 2018

    salam. 70-ci maddenin b bendi ile isden ayrilan 6 il stajı olan işçinin alacağı müavinet ne qeder olmalıdır. əgər xəbərdarlıq müddətini gözləmədən işdən çıxarsa xəbərdarlıq müddətinə görə ƏH 1.4 misli və 6 il staja görə ƏH 1.7 misli cəmlənərək ödənilməlidir?

  2. Terlan 03 Avqust 2019

    Mən 26 İyul 2019-ci ildə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ixtisarla əlaqədar işdən azad olunmuşam,14 il iş stajım olan şirkətdə.Xəbərdarlıq müddəti əvəzinə 2 aylıq birdəfəlik ödəmə və 2 aylıq işdən çıxma müavinətlər verilməsi kadrlar şöbəsindən məlumat verildi.Bu nə gədər doğrudur?AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işdən azad olunan zaman həmin məcəllənin 77-ci maddəsinə uyğun ödənilən təminatlardan gəlir vergisi tutulmalıdır? Əgər həmin vergi tutulursa, bu hansı qanunvericilik aktına əsasən reallaşır? Qeyd etmək istəyirəm ki, AR Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə görə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə AR Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır

  3. Gunel 29 Fevral 2020

    AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işdən azad olunan zaman həmin məcəllənin 77-ci maddəsinə uyğun ödənilən təminatlardan sosial siğorta və işsizlikdən sığorta haqqları tutulurmu?

  4. Etibar 22 İyul 2020

    Salam men 2018 sentyabr ayin 14 u emek mecellesinin 72 ci madde a bendi ile ilden cixarilmişam .menim yeniden Dovlet qulluquna sened vere bilerem?

Şərh yazın

Xəbərlər