Vergilər Nazirliyinə gəlirdən çıxılan xərclərlə bağlı MARAQLI SUAL

Vergilər Nazirliyinə gəlirdən çıxılan xərclərlə bağlı MARAQLI SUAL

Sual: Mənim Sizə ünvanladığım sualıma yenidən dəqiqləşdirmək zərurəti yaranmışdır. Sualı təkrarən qeyd edirəm: müəssisə işçilərini iş vaxtı nahar fasiləsində yeməklə təmin etmək məqsədi ilə özünün istehsal sahəsində və ofisində yeməkxana təşkil edib. Yeməkxanada çalışan işçilərdə adi qaydada fərdi əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Yeməkxana üçün sərf olunan bütün vəsaitlər müəssisənin mənfəəti hesabına həyata keçirilir. Yeməkxana ilə bağlı bütün xərclər müəssisənin gəlirin əldə edilməsi ilə əlaqədar xərclərə aid edilmir. Bu sahədə çalışan işçi-heyət üçün hesablanan əmək haqqı fonduna nəzərən 22 % DSMF və işgötürənin hesabına 0,5% işsizlik sığortası hesablanır. Bu sual ilə əlaqədar 14.06.2018-ci il tarixdə tərəfinizdən verilən cavabın konkretləşdirilməsi baxımından bir daha dəqiqləşdirilmək üçün 20.06.2018-ci il tarixdə Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etdim və sualı hal-hazırda qeyd olunan məzmunda onlara verdim. Onlar tərəfindən mənə 22 % DSMF və işgötürənin hesabına 0,5% işsizlik sığortası qanunla nəzərdə tutulmuş icbari ödənişlər olduğu üçün Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirin əldə edilməsi ilə əlaqədar xərclərə aid edilməsinin mümkünlüyü barəsində cavab verildi. Sizin verdiyiniz cavab da isə qeyri-istehsal sahəsinə aid edilən 22 % DSMF və işgötürənin hesabına 0,5% işsizlik sığortasının gəlirin əldə edilməsi ilə əlaqədar xərclərə aid edilməməsi qeyd olunur. Eyni zamanda Sizin cavabda Vergi Məcəlləsinin 108-ci maddəsinə istinad edilmişdir. Ona görə də Sizdən xahiş edirəm suala bir daha dəqiqlik gətirmək məqsədi ilə cavablandırasınız.
Qasımov Mikayıl Əliş, [email protected] (14.07.2018)

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər gəlirdən çıxılır. Buna əsasən müəssisə tərəfindən işçilərlə bağlı çəkilən yemək xərcləri gəlirdən çıxılmayan xərc olduğundan həmin xərclər, o cümlədən bu xərclərə görə hesablanmış sosial sığorta ayırmaları müəssisənin sərbəst mənfəəti hesabına maliyyələşdirilir.

Bax: Vergi Məcəlləsinin 108-ci və 109.3-cü maddələri.

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]
 
 
 
 
 
 

1 Komment

  1. Tariyel 24 Yanvar 2019

    İşçiyə pensiyaya çıxması ilə əlaqədar iş yerindən verilən müavinətdən vergi tutulurmu?

Şərh yazın

Xəbərlər