"Vergi tutulan aylıq gəlir" anlayışın izahı

"Vergi tutulan aylıq gəlir" anlayışın izahı

Sual: "Vergi tutulan aylıq gəlir" anlayışı azadolma və güzəştlərin hansı ardıcıllıqla tətbiqindən sonra yaranır? Məsələn, vergi tutulan aylıq gəlir 2500 manatadək olan hissəsinin hansı etapda müəyyən olunmasından gedir - azadolmaların tətbiqindən sonra və ya həm azadolma, həm də güzəştlərin tətbiqindən sonra.
Cəfərova Turan İlqar, [email protected] (20.06.2018)

Cavab: Bildiririk ki, vergi tutulan aylıq gəlir dedikdə vergidən azad edilən məbləğ və guzəştlər çıxıldıqdan sonra vergi hesablanmalı olan məbləğ başa düşülür. Vergi Məcəlləsinin 101.1-ci maddəsində qeyd edilən “Vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək” ifadəsi vergidən azad olunan məbləğlər çıxıldıqdan sonra yerdə qalan məbləğ anlamını verir.

Bax: Vergi Məcəlləsinin 101.1-ci maddəsi.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər