Ərəb ölkələri üçün xüsusi güzəşt?

Ərəb ölkələri üçün xüsusi güzəşt?

Sual: Ərəb ölkələrinə mal göndərilməsi və ya xidmət göstərilməsi üçün vergitutma qaydalarında hər hansı güzəşt vardırmı? Bizdə olan məlumata görə, bu sahədə güzəştlərə dair qərar (fərman və ya sərəncam) mövcuddur ki, ərəb ölkələrinə mal göndərən müəssisə üçün vergi qaydalarında güzəşt nəzərdə tutulmuşdur.
Eldar Həsənov, Bakı

Cavab: Bildiririk ki, malların və Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin istənilən dövlətə, o cümlədən sorğunuzda sözügedən ölkələrə ixracı ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb olunur.
Əlavə olaraq məlumat üçün bildiririk ki, “Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016-cı il tarixli Fərmanına əsasən qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac gömrük bəyannaməsində nəzərdə tutulan dəyərin 3 (üç) faiz baza olmaqla (məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə əmsallar tətbiq edilməklə) ixrac təşviqinin ödənilməsi nəzərdə tutulmuşdur.
Qeyd olunan məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-2), vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı isə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz daha məqsədəuyğundur.
Bax: Vergi Məcəlləsinin 165.1.3-cü maddəsi, “Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016-cı il tarixli 811 nömrəli Fərmanı.

 Əmək Münasibətləri: A-dan Z-yə SATIŞDA

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər