Ləğv olunan ƏDV məbləği üzrə depozit hesabından necə geri almaq olar?

Ləğv olunan ƏDV məbləği üzrə depozit hesabından necə geri almaq olar?

Sual: Fəaliyyətim malların alqı - satqısı olan hüquqi şəxs kimi ƏDV ödəyicisiyəm. Müqavilə əsasında malları təqdim eləmək üçün mart ayında avans almışam və bu avans bəyan edilərək büdcəyə ödənilib. Lakin müqavilə əsasında malları vaxtında təqdim edə bilmədiyimdən may ayında sifarəşçi ödədiyi avansı geri almaq istəyir.
1. May ayın ƏDV bəyannaməsin də bu azalmanı necə göstərməliyəm, hansı sətirdə və ya əlavədə?
2. Bu halda mən büdcəyə ödədiyim ƏDV-ni necə geri ala bilərəm ki , sifarişçini ƏDV-sini qaytarım.
Natiq Kərimov, Bakı

1. Cavab: Bildiririk ki, vergi qanunvericiliyinə əsasən əməliyyatın ləğv edilməsi ƏDV tutulan dövriyyənin dəqiqləşdirilməsinə əsas verən hallara aiddir. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə, yəni əməliyyatın ləğv edildiyi hesabat dövründə aparılır.
Qeyd edilənlərə əsasən sorğunuzda göstərilən halda vergi tutulan dövriyyə may ayında dəqiqləşdirilir və dəqiqləşdirilən dövriyyə ƏDV bəyannaməsinin 319-cu “ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə azaldılan dövriyyə” sətrində əks etdirilir.
Bax: Vergi Məcəlləsinin 163-cü və 175.5-ci maddələri və Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.


2. Cavab: Bildiririk ki, hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan ƏDV ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qayatrılır.
Digər ƏDV ödəyiciləri üçün isə əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti 3 aya keçirilir və bu ayların ödəmələrinə aid edilməklə, vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan qaydada artıq ödəmələrin dürüstlüyü araşdırılır. Həmin 3 ay müddət bitdikdən sonra dürüstləşmənin başa çatdırılmasından asılı olmayaraq, vergi tutulan əməliyyatlardan yaranan artıq ödəmənin hər hansı qalığı vergi ödəyicisinin ərizəsinə əsasən 20 gün ərzində büdcədən qaytarılır. Sözügedən ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir.
Tərəfinizdən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsi hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb edilə bilər.
Vergilərin, faizlərin və maliyyə sanksiyaları üzrə artıq ödəməniz olduqda qeyd edilənləri nəzərə alaraq İnternet vergi idarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Yeni müraciət” bölməsindən uçotda olduğunuz vergi orqanına “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılmasi barədə Ərizə” forması ilə elektron qaydada, poçt və ya uçotda olduğunuz vergi orqanının vergi ödəyicilərinə xidmət mərkəzləri vasitəsi ilə kağız daşıyıcısında müraciət edə bilərsiniz.
Əlavə məlumata zərurət yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 85.5-ci, 87-ci və 179-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”.

 

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər