Elektron qaimə-faktura mütləq olaraq imzalı da təqdim olunmalıdır?

Elektron qaimə-faktura mütləq olaraq imzalı da təqdim olunmalıdır?

Sual: Mənim rəhbərlik etdiyim İctimai Birlik köçürmə yolu ilə dəftərxana ləvazimatı almışdır. Bundan başqa, VÖEN-lə çalışan bir neçə şəxs xidmət müqaviləsi əsasında təşkilata xidmətlər göstərmişlər. Aldığımız mallara və göstərilən xidmətlərə görə onlar təşkilata elektron qaimələr göndərmişlər. Bu elektron qaimələrin kağız variantının həmin şəxslər tərəfindən imzalanması və möhürlənməsi tələb olunurmu?
Mustafayeva Zenfira Bəddin, [email protected], Sumqayıt şəhəri (01.06.2018)

Cavab:Bildiririk ki, vergi ödəyicisi alıcıya elektron qaimə-fakturanı gücləndirilmiş elektron imza vasitəsi ilə hazırlayıb təsdiq etdikdən sonra elektron formatda təqdim edir.

Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya elektron qaimə-faktura ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.

Bax: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

0 Komment

    Şərh yazın

    Xəbərlər