Dəfn üçün müavinətdən gəlir vergisi hesablanmalıdır?

Dəfn üçün müavinətdən gəlir vergisi hesablanmalıdır?

Sual: Mənim dəfn ilə bağlı vergi tutulmasından sualım var. İşçi rəhmətə gedən may ayında işçiyə 1.500 manat əmək haqqı və həmçinin də vərəsəsinə 2.800 manatlıq əmək haqqının 3 misli miqdarında ödəniş yazılır. Bilmək istəyirəm ki, bu 2 ödənişdən vergilər (həm gəlir, həm də ödəmə mənbəyindən tutulan vergi) neçə çıxılacaq? 1.500 manata görə 185.78 və 2.800 manata görə isə 425 və ya 392? Bir də ki, bu vergilər hansı qaydada və nə qədər məbləğində büdcəyə ödənilməlidir?

Əli Tağıyev Sabir, [email protected], Bakı (26.05.2018) 

Cavab: Bildiririk ki, işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün həmin müavinətdən ümumi qaydada gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Muzdla işləyən fiziki şəxsin aylıq gəliri 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur.

Eyni zamanda fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissəsi, yəni 173 manat (2018-ci il üzrə) gəlir vergisi hesablanarkən çıxılır.

Beləliklə, sorğunuzda qeyd edilən halda işəgötürən tərəfindən fiziki şəxsin 1.500 manat aylıq gəlirindən ölkə üzrə yaşayış minimumunun 1 misli (173 manat) çıxılaraq qalan məbləğdən 14 faiz dərəcə ilə, vərəsəyə ödənilən 2800 manatdan isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğdən 25 faiz dərəcəsi ilə gəlir vergisi hesablanaraq ödəmə mənbəyində tutulmalı, bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Bax: Əmək Məcəlləsinin 77.7-ci maddəsi, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi.

5 Komment

  1. Gulnar 19 Sentyabr 2019

    Əgər siz Vergi Məcəlləsinin 102.1.3-102.1.4 çaddələrinə əsasıanirsinizsa, orda birdəfəlik müavinətdən vergi tutuımadığı deyilir, 3 misli isə birdəfəlik müavinətdir, zəhmət olmasa rəy bildirerdiniz,

  2. Mahirə 29 Oktyabr 2019

    Salam. İşçi vəfat etdikdə onun aylıq gəliri toplanaraq onun işlədiyi ayların cəminə -- yoxsa 12 aya bölünür. Əvvəlcədən təşəkkür edirəm

  3. Elçin İmamaliyev 01 İyul 2020

    ölümlə əlaqədar olaraq vərəsələrinə verilən birdəfəlik müavinətdən vergi tutulmur.

  4. Həsənbəyova Aygün 18 Sentyabr 2020

    Hər vaxtınız xeyir, anamın vəfatı ilə əlaqədar mənə işlədiyim müəssisə (Sumqayıt telekommunikasiya qovşağı) tərəfindən beş yüz manat məbləğində birdəfəlik yardım ödənildi. Bu məçləğdən gəlir vergisi və digər sosial tutulmalar çıxılmalıdırmı? Öncədən təşəkkür edirəm

  5. Hafiz 19 Sentyabr 2022

    Qardasim Eliyev Qabil Abdulrəhim oglu. 1998 ciildə DİN nin Daxili qosunlarinda MAXE vəzifəsində rəhmətə gedib.Qanunculugu bilmədiyimizdən bu gunə kimi dəfn pulu almamisiq. Onu ala bilərik

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər