Vergi orqanları hansı tip müəssisələrə VÖEN olmayan şəxslərə ödəniş etməməyi qadağan edir?

Vergi orqanları hansı tip müəssisələrə VÖEN olmayan şəxslərə ödəniş etməməyi qadağan edir?

Sual: Salam topdan satış zamanı elektron qaimələri, alıcı vergi ödəyicisi olduqda göndərə bilirik. Əks halda necə etməliyik? Vergi ödəyicisi olmayan fiziki şəxslər alış zamanı şəxsiyyət vəsiqələri məlumatları (o cümlədən Seriya və Fin kodu) qeyd edilərək, təhvil-təslim aktları yazılmalıdırmı? Bu zaman ödənişi (30.000 mindən çox) mədaxil qəbzi ilə nağd qəbul edə bilərikmi? Bu gələcəkdə Vergi yoxlamaları zamanı qarşı tərəfi-alıcıları ödənilməyən-vergi öhdəliyinə apara bilər?

Cavab: Bildiririk ki, topdansatış ticarət obyektlərindən mallar yalnız sahibkarlıq fəaliyyəti subyektlərinə elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura ilə rəsmiləşdirilməklə təqdim edilməlidir. Topdansatış ticarət obyektindən malların vergi ödəyicisi olmayan şəxslərə təqdim edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Vergi ödəyicisi olmayan şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün alınmayan (və ya sahibkarlıq məqsədləri üçün alınması təsdiqlənməyən) malların satışı isə pərakəndə satış fəaliyyəti çərçivəsində nəzarət-kassa aparatı tətbiq edilməklə həyata keçirilməlidir.

Bax: Vergi Məcəlləsinin 3.2.62-ci, 13.2.63-cü, 16.1.8-ci və 16.1.9-cu maddələri.

0 Komment

    Şərh yazın

    Xəbərlər