Vergilər Nazirliyinə maraqlı ETİRAZ: İndi mən başa düşmürəm vəziyyət yaxşılaşır ya əksinə pisləşir?

Vergilər Nazirliyinə maraqlı ETİRAZ: İndi mən başa düşmürəm vəziyyət yaxşılaşır ya əksinə pisləşir?

Sual: Yeni il daxil olandan sonra minimum əmək haqqı artırldı və yaşayış minimumu artırıldı, indi tez-tez dövlət səviyyəsində bir çox sahələrin əmək haqqlarının artırılması qeyd olunur. Amma real həyatda özəl şirkətlərdə mən hara gedirəm əmək haqqının azaldığını görürəm, sahibkar deyir işim getmir iş fəaliyyətim zəifdir bu aydan əmək haqqını azaldıram. Bu bir çox sahələrdə belədir. Əgər etiraz etsən sənin yerinə gələn işçilər çoxdur, yəni hər səhədə iş yerində rəqabət var. İndi mən başa düşmürəm vəziyyət yaxşılaşır ya əksinə pisləşir?
Ramal, [email protected], Sumqayıt (09.03.2018) 
Cavab: Bildiririk ki, dövlət tərəfindən əhalinin sosial müdafiəsi məqsədilə mütəmadi olaraq müəyyən tədbirlər görülür və müraciətinizdə qeyd etdiyiniz göstəricilərin ardıcıl olaraq ilbəil artırılması bunu bir daha təsdiqləyir.
Lakin onu da qeyd etmək lazımdır ki, sahibkarlıq fəaliyyəti özündə risk təcəssüm edir, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin gəlir əldə etməsi yalnız ehtimal edilir, ehtimal isə hər zaman baş vermir, müxtəlif amillərin təsiri nəticəsində (rəqabət, konyukturada nəqativ proseslər və s.) gözlənilən gəliri daha aşağı səviyyədə gəlir və hətta zərər əvəz edə bilər. Belə olan hallarda da sahibkar məsrəflərin azaldılması istiqamətində müəyyən addımlar atır və bunların sırasında ən tez-tez rast olunanlardan biri də insan resursları ilə bağlıdır – ştatların ixtisarı və ya əmək haqqının səviyyəsinin aşağı salınması.
 
Bununla belə, əmək qanunvericiliyində müəyyən tələblər var ki, onlara sahibkar mütləq qaydada riayət etməlidir. Misdal olaraq, də işçinin işdən çıxarılması zamanı işdənçıxma təzminatının verilməsi və ya minimum əmək haqqından aşağı səviyyədə əmək haqqının verilməməsini qeyd etmək olar.
 
Odur ki, əmək qanunvericiliyində qeyd olunan bu və ya digər tələblərin pozulması halları ilə qarşılaşdığınız təqdirdə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.    

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər