Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual: MMC-nin ləğvi ilə əlaqədar şirkətə məxsus bank hesabının bağlanması üçün müraciət olunub. Bilmək istəyirik ki, bank hesabının bağlanması barədə neçə gün ərzində bank tərəfindən vergi orqanına məlumat təqdim ediləcək?
Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicilərinə məxsus hesablar bank əməliyyatı aparan şəxslər tərəfindən bağlandıqda həmin şəxslər bu barədə məlumatı hesabın bağlandığı tarixdən 1 iş günü müddətində elektron qaydada Dövlət Vergi Xidmətinə göndərməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 35.6-cı maddəsi