Xüsusi və müvəqqəti vergi rejimlərinin tətbiqinin əsasları

Xüsusi və müvəqqəti vergi rejimlərinin tətbiqinin əsasları

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 4.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında bu Məcəlləyə uyğun olaraq xüsusi və müvəqqəti vergi rejimləri tətbiq edilə bilər.

Xüsusi vergi rejimi dedikdə, müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur.

Müvəqqəti vergi rejimi dedikdə, təbii fəlakətlərin, epidemiyaların, epizootiyaların, böyük ekoloji və başqa qəzaların, habelə qlobal iqtisadi mühitdə baş verən hadisələrin təsiri nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar bütün və ya bir qism sahibkarlıq subyektlərinə münasibətdə müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin müvəqqəti qaydası nəzərdə tutulur.

İndi isə vergi rejimləri haqqqında məlumatlar verək.

Xüsusi vergi rejiminə hansı müəssisələrin aid edilməsinə gəlincə, bu, Vergi Məcəlləsinin 13.5.51-ci maddəsi ilə tənzimlənir: Xüsusi vergi rejimli müəssisə - qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında və xüsusi iqtisadi zonalar haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən, vergitutma və vergi nəzarəti məsələlərində müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsi xüsusi qaydalarla müəyyən edilən vergi ödəyiciləri, habelə xarici ölkələrin Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik və analoji nümayəndəlikləri, konsulluq idarələri və digər rəsmi nümayəndəlikləri.

Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2002-ci il tarixli, 100 nömrəli qərarı ilə “İri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələrin mərkəzləşdirilmiş uçota alınması” qaydaları təsdiq olunsa da, sonradan həmin qaydalar qüvvədən düşüb. Səbəb isə, xüsusi vergi rejimli müəssisələrin müəyyən olunması meyarlarının tənzimlənməsi ilə bağlı dəyişikliklərin Vergi Məcəlləsinə əlavə edilməsidir.

Xüsusi vergi rejiminə aid edilən müəssisələrin bəzilərinə misal olaraq, 1994-cü il sentyabrın 24-də imzalanmış “Əsrin müqaviləsi”- “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş”, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisə və şirkətləri göstərmək olar.

Müvəqqəti vergi rejimi sisteminə gəlincə, bu, koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin iyun ayında Vergi Məcəlləsində edilən dəyişikliklə tətbiq olunub. Qeyd edək ki, Məcəllənin “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı XVIII fəsili sırf müvəqqəti vergi rejiminə həsr olunub. Vergi Məcəlləsinin 222.2-ci maddəsinin Koronavirus pandemiyasına görə müvvəqətti rejimi ilə bağlı müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər