Elektron qaimə-fakturanın təqdim edilmə dövrüliyi necə tənzimlənir?

Elektron qaimə-fakturanın təqdim edilmə dövrüliyi necə tənzimlənir?

Vergilər Nazirliyi elektron-qaimə fakturanı təqdim edilmə intervalla yanaşı, bankların da hansı hallarda istifadə etməsi açıqladı

Sual: Hörmətli, vergi əməkdaşları. Xahiş olunur aşağıdakı məsələyə ətraflı və açıq başa düşüləcək şəkildə aydınlıq gətirəsiniz. Banklar və digər maliyyə institutları göstərdikləri xidmətlərə görə (bank faizi, komissiyalar və sair) VM 16.1.11-6 maddəsinə əsasən 1) vergi ödəyici kimi qeydiyyatdan keçən təşkilatlara və fiziki şəxslərə elektron qaimə-faktura təqdim etməlidirlərmi?

2)Təqdim edilməlidirsə aylıq yoxsa illik və ya hansı interval üçün təqdim edilməlidir?

3) Əgər xidməti alan tərəfdə səyyar yoxlama zamanı elektron qaimə-fakturanın olmaması aşkar edilərsə hər hansı bir maliyyə sanksiyası gözlənilirmi?

Fərid Göyüşov Feyzi, [email protected], Bakı (22.12.2017)

Cavab: Bildiririk ki, vergi qanunvericiliyində banklar tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə göstərilən xidmətlərə görə elektron qaimə-fakturanın təqdim edilməsi istisna edilməmişdir.

Belə ki, bank tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara maliyyə xidmətlərinin (depozitlərin idarə edilməsi, tədiyyələr, köçürmələr və s.) göstərilməsi tərəflər arasında bağlanmış müqavilələrlə tənzimlənir. Bağlanmış müqavilələr əsasında hüquqi şəxslərə və fərdi sahibkarlara göstərilən xidmətlər (maliyyə xidmətləri, dövrü olaraq yerinə yetirilən inkassasiya xidmətləri, seyf xidmətləri və digər bu kimi xidmətlər) müntəzəm və ya daimi əsasda göstərildiyindən həmin xidmətlərə görə alıcılara hər ayın yekunları üzrə göstərilən xidmətlərin ümumi dəyərinə elektron qaimə-faktura təqdim edilməlidir.

Bunlarla yanaşı, bank tərəfindən müntəzəm və ya daimi əsasda göstərilməyən birdəfəlik xidmətlərə görə hər əməliyyat üzrə ayrılıqda elektron qaimə-faktura təqdim edilir.

3. Cavab: Bildiririk ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi  miqdarında maliyyə sanksiyası tətbiq olunur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər