Səhifəni çap et
Çərşənbə, 16 Dekabr 2020 05:42

Mks.az saytının ekspertlərinin MÜHASİBLƏRƏ 2021-ci il üçün xidmət təklifləri

Dəyərli həmkarlar, Mks.az saytının ekspertləri ilə həmkarlarımızın müzakirəsinin nəticəsi olaraq 2021-ci ildən həmkarlarımıza vergi və əmək qanunvericiliyi sahəsində xidmətlər göstərmək qərarına gəldik.
Vergi uçotu sahəsində xidmətlərimizin aşağıdakı məsələləri əhatə etməsi gözlənilir:

1) Vergi qanunvericiliyi üzrə sualların cavablandırılması və fərdi məsləhətlərin verilməsi;
2) Vergi orqanına təqdim edilən bütün növ vergi bəyannamələrinin hazırlanması və ya yoxlanılması;
3) Kameral vergi yoxlamasında yaranan vergi uyğunsuzluqlarının araşdırılması və həlli yolları;
4) Konkret əməliyyatlar üzrə yarana biləcək vergi öhdəliklərinin müəyyən edilməsi;
5) Vergi bəyannamələrinin təqdimi zamanı yaranan xətaların araşdırılması və həlli yolları;
6) Vergi orqanının əməliyyatlar üzrə tətbiq edə biləcəyi maliyyə sanksiyalarının müəyyən edilməsi;

Bir məsələni xüsusi olaraq vurğulamaq istəyirik ki, məqsədimiz mühasib həmkarlarımıza dəstək olduğu üçün, hər hansı vergi ödəyicisinə müntəzəm xidmətlər (ödəniş sənədlərinin, daimi olaraq bəyannamə təqdimi və s.) təklif etmək niyyətimiz yoxdur. Həmçinin, təklif edilən xidmətlərimiz zamanı anonimliyin qorunmasına zəmanət veririk.

Dəyərli həmkarlar təklif etdiyimiz xidmətlərlə bağlı əlavələriniz və qeydləriniz olarsa zəhmət olmasa, şərh hissəsində qeyd etməklə və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. adressinə göndərməklə bildirə bilərsiniz.

Devzimizə sadiqiq: Öyrətmək savab, öyrənmək qazancdır.

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA